Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2018-ci ildə 3071 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb ki, bunların nəticəsində 329 nəfər həlak olub. Bu, 2017-ci ildə olduğundan 2 faiz yüksəkdir.
Gürcüstanda avtomobil qəzalarının statistikası narahatlıq doğurur, lakin onların sayı ildən ilə artır.
Müqayisə üçün: 2017-ci ildə 2626 YNH qeydə alınıb ki, bunların nəticəsində 322 nəfər həlak olub.
Yol-nəqliyyat hadisələrinin sayına görə Gürcüstan Avropada aparıcı yerlərdən birini tutur. Vəziyyətin yaxşılaşdırılması üçün mütəxəssislər sərt tənzimləyici tədbirlərin görülməsini tələb edirlər.
Qəzalara ən çox səbəb olan amillərin siyahısı:
• sürət həddini aşma
• xətalı manevr – “dönmə işıqları”nı işə salmadan bir zolaqdan digərinə keçmə, bütöv xəttin pozulması, qadağan edilən yerdə ötmə
• sərxoş halda idarəetmə
• piyadalar tərəfindən təhlükəsizlik qaydalarının pozulması
• avtomobilin texniki nasazlığı
• qaydasında olmayan yol infrastrukturu
DİN-in hesabatında deyilir ki, ötən il YNH-də yaşı 16-ya qədər olan 21 uşaq həlak olub. Gürcüstanda maşınların salonunda xüsusi uşaq oturacaqlarının olması məcburi deyil və bu, mütəxəssislərin fikrincə, avtomobil qəzalarında uşaq ölümünün artmasına gətirib çıxarır.