Osetin həyatı haqqında osetin kinosu
Bu film hər yerdə yox, Osetiyada populyardı – filmin rejissoru Murat Cussoytı filmin populyarlığının coğrafiyasını belə müəyyən edir.
Bu filmdə bəhs edilən əhvalat regionda XİX əsrdə ilk mədənlərin işləndiyi vaxta təsadüf edir. Amma bu tarixi film deyil, dağlıların bir ailənin hekayəsi üzərində nəql edilən həyatı haqqında fəlsəfi ibrətli hekayədir.
Film 2014-cü ildə çəkilib, amma ekranlara bu yaxınlarda çıxıb və səs-küyə səbəb olub.
O, Şimali Osetiyada, Fiaqdon dərəsində çəkilib. Amma dağlar və təbiətin gözəlliyi ancaq fon kimi göstərilir. Film tamamilə insan hekayətlərində qurulub, hansıları ki, o heç bir kompüter effektlərindən istifadə etmədən, ancaq operator işinə arxalanaq nəql edir.
Murat Cussoyev uşaqlıqdan Vladikavkazda yaşayır, amma əslən Cənubi Osetiyadakı Znaur rayonunun Naqutni kəndindəndir. Buna görə də burada onu millətin fəxri sayırlar.
Həm Cənubi, həm də Şimali Osetiyadakı cəmiyyət üçün böyük, filmdən də böyük bir hadisə oldu. Axı osetin filmləri osetin dilində artıq 20 ildir ki, çəkilmir.
Cənubi Osetiya Dövlət Dram teatrının rejissoru Tamerlan Dzudsev danışır:
Bloqer Alan Parastayev premyeradan sonra yazdı:
“İki şeydən xoşum gəlmədi. Birincisi, filmdə qadın obrazının olmaması. Gözəl dağlı qızı və filmdə yeganə qadın rolunu oynayan gözəl aktrisa bir söz belə söyləmir. Amma rus geoloqunun düz gözlərinin qarşısında az qala mistik bir şəkildə peyda olunanda onun sirli təbəssümü çox şey deyir.
Və mənim ikinci iradım da nitq, sözlə bağlıdır. Osetin sözləri və danışığı. Mətbuat konfransı zamanı filmin müəllifləri, aktyorlar, prodüserlər film haqqında müasir osetin problematikası, xüsusən də osetin dili problemi kontekstində maraqlı danışırdılar. Amma bu zaman elə həmin o dildə bir söz belə söyləmədilər. Filmdə Cussoyev həm kabardin knyazını, həm rus qrafını, həm də aktyorları osetin dilində danışmağı məcbur etdi. Amma eyni şeyi mətbuat konfransında osetin ziyalılarını məcbur elətdirə bilmədi.
Osetinlərin həyatı haqqında tarixən ən yaxın filmlər “Gürcüstan-film kinostudiyasında sovet dövründə çəkilib: “Çermen (1970-ci il) və “Fatima (1958-ci il) filmləri.