Osetin boksçu IBF versiyası üzrə dünya çempionu titulunu qoruyub
Murat Qassiyev Ümumdünya Boks Superseriyasının ¼ finalında polyakKşiştof Vlodarçik üzərində qələbə qazanıb, o, öz rəqibini üçüncü raundun ikinci dəqiqəsinin tamamında nokauta göndərib. İki ağır çəkili idmançının döyüşü oktyabrın 21-də Amerikanın Nyuark şəhərində baş tutub.
Qassiyev üçün bu IBF versiyası üzrə birinci ağır çəkidə ötən ilin dekabrında rusiyalı Denis Lebedevlə döyüşdə qazandığı dünya çempionu titulunun qorunması uğrunda ilk döyüşü idi.
Erkən saata baxmayaraq (qarşılaşma Moskva saatı ilə 5:30-da baş tutub), döyüş Sxinvalda “Vincenzo” kafesində nümayiş edilib, kafenin qapıları boks prəstişkarlarının üzünə açıq olub. Azarkeşlərə bu hədiyyəni Albert Valiyev – məkanın sahibi, Cənubi Osetiya Boks Federasiyasının rəhbəri edib.
Osetin çempion rinqə ənənəvi olaraq “Sinəmdə osetin ürəyi döyünür” mahnısının sədaları altında çıxıb.
24 yaşlı Murat Qassiyev peşəkar rinqdə 24 döyüşə çıxıb, və 24 qələbə qazanıbŞ onlardan 17-i vaxtından əvvəl baş tutub.
Ümumdünya Boks Superseriyası çərçivəsində Qassiyevin növbəti rəqibi kubalı Yunier Dortikos olacaq.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək hüququnu özündə saxlayır.