Ermənistanda “rəqabətin məhdudlaşdırılması” maddəsi ilə növbəti səs-küylü cinayət işi açılıb. İstintaq Komitəsinin məlumatına əsasən, bir neşə şəxs və şirkət zamanında 19 dağ-mədən şirkətinin səhmlərini əldə edib. Daha sonra bu səhmlər digər offşor şirkətlərə satılıb, hansılar ki, Kayman adalarında qeydiyyatdan keçib. Bununla belə 17 şirkətin səhmləri bir offşor strukturun əlində toplanıb.
“Biz burada bazarın əsas hissəsinin bir şirkət tərəfindən nəzarətdə saxlamasında risk görürürük. Və burada söhbət rəqabətin məhdudlaşdırılmasından gedə bilər”, – İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasında bildirilib.
Məsul strukturlar hələlik konkret hansı şirkətdən söhbət getdiyini açıqlamır. Hüquq-mühafizə orqanları artıq 17 şirkətin səhmlərinin necə bir strukturun əlində cəmləşdiyini aydınlaşdırmaq üçün çalışırlar.