Nüfuzlu din xadimi Gürcüstanın patriarxını “uşaqbazlığın” himayəsində ittiham etdi
Gürcüstanda ən nüfuzlu din xadimlərindən biri olan Çkondidi mitropoliti Petre bu gün Müqəddəs Sinodun (gürcü pravoslav kilsəsinin ali şurası) qərarı ilə dini rütbədən məhrum edilib və xidmətdən kənarlaşdırılıb.
Patriarxlığın binasını tərk edərkən baş yepiskop Petre bildirib:
«Bu gün Müqəddəs Sinod misli görünməmiş qərar qəbul edib və şəxsən Patriarx, Sinodun sədri, hesab edirəm ki, ədalətsiz qərar qəbul edərək, məni rütbəmdən məhrum ediblər. Düşünürəm ki, bunun səbəbi mənim Gürcü pravoslav kilsəsində uşaqbazlıq və pederastiya günahının olduğunu bildirməyimdir», — Petre deyib.
Patriarxlığın binası qarşısına toplaşmış jurnalistlərin onun kimi nəzərdə tutması ilə bağlı sualına Petre belə cavab verib:
«Xalq arasında pederastiya və uşaqbazlıq günahına batmış Patriarx, Sinodun sədridir».
Sinodun bugünkü iclasında qəbul edilmiş daha bir qərar protoiyerey Giorgi Mamaladzeyə aiddir. Mamaladze artıq iki ildir ki, həbsxanadadır, məhkəmə onu Gürcüstanın Katalikos-patriarxının katib-referenti Şorena Tetruaşvilinin qətlinin (sianidlə zəhərlənməsinin) hazırlanmasında təqsirli bilərək, doqquz il müddətinə azadlıqdan məhrum edib. Patriarxlıq protoiyerey Mamaladzenin əfv olunması üçün Gürcüstan prezidentinə müraciət etməyə hazırdır.
_______________________
Müqəddəs Sinod – Gürcü pravoslav kilsəsinin idarə olunması haqqında qərarlar qəbul edən din xadimlərinin məclisidir. Sinod 48 din xadimindən ibarətdir. Ona kilsənin rəhbəri olan Katolikos-patriarx başçılıq edir.
Ötən həftə ən nüfuzlu din xadimlərindən biri olan arxiyepiskop İakov Gürcüstanın baş nazirini, həmçinin digər yüksək vəzifəli məmurları gürcü pravoslav kilsəsinin başçısını devirmək cəhdində, yüksək rütbəli din xadimlərini isə patriarxa sui-qəsdin planlaşdırılmasında ittiham etdikdən sonra Patriarxlıq oktyabrın 31-də Müqəddəs Sinodun növbədənkənar iclasını keçirmək qərarı verib.
•Taxt oyunu. Gürcü kilsəsində nə baş verir?
•Patriarxlığın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı
•Gürcüstanda kilsə qalmaqalı. Din xadimləri nəyi bölüşdürə bilmirlər?
•Sianid haqqında iş. Real sui-qəsd, yoxsa patriarx əyanlarının oyunları?
Bu sensasion bəyanat Gürcüstanın bütün informasiya məkanını zəbt etmiş yeni kilsə qalmaqalına gətirib çıxardı. Teoloqlar proqnozlaşdırırdılar ki, Sinodun iclası gürcü kilsəsinin daxilində yaranmış ağır vəziyyətin aradan qalxmasına xidmət etməyəcək. Onlar hesab edirlər ki, kilsənin nüfuzu dağılmaqda davam edəcək, çünki vəziyyət artıq nəzarətdən çıxıb.