“Barselona”nın futbolçusu Neymar futbol tarixində ən bahalı oyunçu ola bilər, amma buna İspaniyanın yüksək liqası mane olur.
Neymar Parisin PSG klubu ilə müqavilə bağlamaq niyyətindədir, burada ona ildə 400 milyon avronu üstələyən maaş təklif olunur. Amma bu planı reallaşdırmaq üçün əvvəlcə onun indiki klubuna pul ödənilməlidir. “Barselona” ilə müqaviləyə görə, bu məbləğ 22 milyon avro təşkil edir.
PSG bəyan edib ki, Neymara görə bu pulu ödəməyə hazırdır.
Amma La Liga – İspaniyanın yüksək futbol liqası bu sövdələşməyə qarşı çıxıb. Qanuna əsasən, məhz o, həmin pulu almalı, sonra da onu satıcı-kluba verməlidir. Liqa PSG bu addımı atmaqla UEFA-nın maliyyə fair play qaydalarını pozduğunu bəyan edərək, bunu etməkdən imtina edib.
Bu qaydalara əsasən, klubun illik xərcləri onun gəlirlərini 30 milyon avrodan çox üstələməməlidir. PSG-nin vəkilləri liqanın addımlarını qanunsuz adlandıraraq, bundan şikayət edəcəklərini bildiriblər.
Beləliklə, Neymarın futbol tarixində rekord məbləğlə başqa kluba keçməsi ilə bağlı müqavilənin taleyi qeyri-müəyyən qalır.
Fransanın PSG klubu qətərli sərmayədarlara məxsusdur. Bu mövsümdə klub elan edib ki, qarşısında Çempionlar liqasında udmaq kimi iddialı məqsəd qoyub.