Navalnı, Ukrayna, kiber-hücumlar – Bayden və Putin ilk rəsmi görüşdə nələrdən danışıblar?
Putin və Bayden Cenevrədə görüşüb
İyunun 16-da İsveçrədə, Cenevrədəki La Qranj villasında ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin görüşü baş tutub. Bu, Co Baydenin ABŞ prezidenti vəzifəsinə gəldiyindən bəri onların ilk rəsmi görüşüdür. Bu, həmçinin Putinin keçmiş ABŞ prezidenti Donald Trampla Xelsinkidə 2018-ci ilin iyulunda baş tutan görüşündən sonra ilk yüksək səviyyədə Rusiya-Amerika sammitidir.
Görüş 4 saata yaxın davam edib – əvvəlcə “dar”, sonra isə “geniş” formatda.
Nə haqda danışıblar?
BBC prezident Baydenin görüşdən sonrakı mətbuat konfransında danışdıqlarından bir neçə məsələni ayırıb:
- Kiber-təhlükəsizlik – ABŞ prezidenti Rusiyaya hücuma məruz qalmamalı olan 16 strateji obyektin siyahısını verib.
- İnsan haqları – ABŞ prezidenti müxalifətin təqibi, o cümlədən də Aleksey Navalnı ilə bağlı vəziyyət haqda, həmçinin müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətinin vacibliyi barədə danışıb. O, Azadlıq Radiosunun fəaliyyətinin məhdudlaşdırıldığı haqda da söz açıb.
- Strateji stabillik – tərəflər silahla bağlı məhdudiyyət üzrə qarşılıqlı dialoqa başlamaq haqda razılığa gəliblər.
- Ukraynanın təhlükəsizliyi – Minsk razılaşmasına əməli olunmasının vacibliyi haqda danışıblar.
- Belarus – Bayden ölkədəki vəziyyətlə bağlı narahatlığını dilə gətirib.
- Məhbusların dəyişdirilməsi – ABŞ prezidenti həbsxanalarda saxlanılan insanların qarşılıqlı mübadiləsinin mümkünlüyünü qeyd edib.
Ukraynanın “Hromadske” telekanalının Cenevrədən reportajı:
- Korrupsiya ilə mübarizə terrorizm kimi. Rusiya məhkəməsi Navalnının təşkilatlarını qanunsuz elan edib
- Belarus hakimiyyəti beynəlxalq reysi Minskdə endirərək müxalifətçini həbs edib
- Belarusda repressiyalar: TUT.by nəşrinin bütün rəhbərliyi və jurnalistləri həbs edilib
Nə haqda razılığa gəliblər?
Vladimir Putin brifinqinin ən başında bildirib ki, Moskva və Vaşinqtona səfirlərin geri qaytarılması haqda Baydenlə razılığa gəliblər. Konkret nə zaman – bu artıq texniki məsələdir.
Prezidentlər həmçinin nüvə silahlarına nəzarət üzrə məsləhətləşmərə başlanılması haqda razılığa gəliblər. Prezidentlərin bu mövzuda birgə bəyanatının mətni Kremlin saytında dərc olunub.
İndi ölkələr arasında Strateji Hücum Silahaları haqda aerıq üçüncü saziş qüvvədədir. Onun müddəti 2020-ci ildə bitib, amma 2021-ci ilin fevralında Putin və Baydenin qərarı ilə bu müddət daha 5 il uzadılıb. Düzdür, bu qərar həllə Dövlət Duması tərəfindən ratifikasiya edilməlidir.
“ABŞ və RF üzərinə dünyadakı strateji stabilliyə görə xüsusi məsuliyyət düşür, ən azı ona görə ki, biz iki nəhəng nüvə dövlətiyik… Bayden Bayden CHB-3-ün müddətinin 2024-cü ilə qədər uzadılması haqda zamanında və lazımlı qərar verib. Əlbəttə, sual var, bundan sonra nə etməli? Biz qurumlararasısəviyyədə danışıqların başlanması ilə əlaqədar razılığa gəldik”, – Ukraynanın Hromadske telekanalı Putindən sitat gətirib.
Nə haqda razılığa gəliblər?
Ukrayna və Belarus
Ukrayna mövzusuna toxunulub, amma çox təfərrüatlı yox – Putin görüşdən sonra bildirib. Onun sözlərinə görə, prezident Bayden razılaşıb ki, Donbasda münaqişənin nizamlanmasının əsasını Minsk razılaşmaları təşkil edir.
Bu məsələdə Putin Kiyevin iddialarını rədd edib və bildirib ki, Ukrayna öz sərhədlərinin nəzarətini ancaq Donbasda Kiyevin rəsmən tanıdığı seçkilər keçiriləndən sonra qaytara biləcək.
Bayden də çıxışında Ukrayna məsələsinə toxunub.
“Mən Putinə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyimizi təsdiqlədim. Biz həmçinin məni narahat edən Belarus məsələsini də müzakirə etdik. O, baş verənlərlə razı deyil, sadəcə bununla nə etmək lazım olduğuna dair onun başqa nəzər nöqtəsi var”, – ABŞ prezidenti brifinqdə bildirib.
Ukraynanın NATO-a daxil olması ehtimalına gəlincə, Putinin sözlərinə görə, bu mövzuya ötəri toxunulub və “burada müzakirə olunacaq bir şey yoxdur”.
İnsan haqları, Navalnı və Rusiya müxalifəti
“Mən Putinə açıq bildirdim ki, biz insan haqları haqda məsələni qaldıracağıq, Aleksey Navalnı ilə bağlı məsələlər kimi. Biz həmişə insan haqları sahəsini genişləndiririk, ora getdikcə daha çox insanları daxil edirik… Mən Putnə dedim ki, bizim dəqiq təməl oyun qaydalarımız olmalıdır, hansılara ki, əməl etmək lazımdır. Və bizim müəyyən təmas nöqtələrimiz var”, – Bayden qeyd edib.
“Mən Putinə dedim ki, əgər Aleksey Navalnı həbsxanada ölsə, o zaman Rusiya üçün nəticələr dağıdıcı olacaq”, – ABŞ prezidenti bildirib.
Amma Putin Rusiya müxalifətinin zəhərlənməsi və daha sonra həbs olunması ilə bağlı tənqidi qəbul etməyib.
“Bu insan bilirdi ki, Rusiyada qüvvədə olan qanunu pozur. Şüurlu şəkildə – bunu vurğulamaq istəyirəm – qanunun tələblərini iqnor edərək bu vətəndaş müalicə üçün xaricə gedib… Mən şübhələnirəm ki, o, qayıtdığı zaman şüuru şəkildə saxlanmaq üçün gəlirdi”, – Putin deyib.
Bundan başqa, Putin ABŞ-ın dəstəklədiyi təşkilatların Rusiyada düşmən fəaliyyəti haqda çox danışıb.
“Sizin xatırlatdığınız təşkilat (Alrksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu) açıq şəkildə kütləvi iğtişaşlara çağırış edib, buna azyaşlıları cəlb edib, Molotov kokteylinin hazırlanmasına dair təlimat dərc edib”.
Putin qatildirmi?
Mətbuat konfransında Putin Baydenin Rusiya prezidentinin “qatil” olması ilə razılaşdığı məşğur müsahibəsini də şərh etməli olub.
“Bayden insan haqları probleminə toxunub. Kəskin bəyanatlara gəlincə… Biz hamımız bilirik ki, bundan sonra Bayden mənə zənf vurub, biz öz mövqelərimizi izah etmişik, izahatlar kafi olub”, – Putin deyib və əlavə edib ki, ABŞ-da da, başqa ölkələrdə də insanlara işgəncə verir və öldürürlər.
Co Baydendən mətbuat konfransında məşhur müsahibəsindən sonra Putinə məhz nə dediyi soruşulub.
“Mənim sözlərim onu təmin etdi”, – Bayden sualın cavabında təkrar edib.
Kiber hücumlar haqda
Baydenin bəyanatlarına əsasən, Putinlə söhbətində bu məsələyə xüsusi diqqət yetirib və hətta müəyyən cavab addımlarının mümkünlüyünə eyham vurub:
“Əgər biz kiber məkanda Rusiya obyektlərinə hücum etsəydik nə olardı? Əgər biz başqa ölkələrin seçkilərinə müdaxilə etsəydik? Bu, ölkənin mövqelərini zəiflədərdi və bu, böyük derjava statusunu qorumağa çalışan Rusiyanın mövqelərini zəiflədir. Mən dedim ki, kiber təhlükəsizliklə bağlı bizim ikkanlarımız böyükdür. Və lazım olarsa, biz reaksiya verəcəyik. Putin bunu bilir. Putinin indi ən son istəyəcəyi şey soyuq müharibədir”, – ABŞ prezidenti bildirib.
Putini necə qarşılayıblar: üç bilbord, LGBT bayraqları, Navalnı qraffitisi
Cenevrədə Bayden və Putin sammitindən əvvəl “Navalnı “Noviçok”la zəhərlənib”, “Və hələ də istintaq yoxdur”, “Bu necə olur, prezident Putin?” yazılmış üç bilbord quraşdırılıb. Plakatlar “Ebbinq, Missuri sərhədində üç bilbord” bədii filmi üslubunda hazırlanıb. Filmin baş qəhrəmanı olan qadınüç reklam lövhəsində qızının qətlinin istintaqı ilə bağlı yerli şerifə sual ünvanlayıb.
Bilbordlar bir neçə gün əvvəl rəssam Culien Baronun Rusoya müxalifətinin liderinin qraffitisini çəkdiyi küçədə quraşdırılıb.
Bundan başqa, sammitin keçirildiyi villanın qarşısındakı evdən LGBT+ birliyinin bayraqları asılıb – görünür ki, Rusiyada LGBT nümayəndələrinin sııxışdırılmasına etiraz olaraq.