Natiq Cəfərli azadlıqda
Bu gün Nəsimi rayon məhkəməsi gözləniləmədən ReAl partiyasının icra katibi Natiq Cəfərlinin azad edilməsi haqda hökm çıxardı.
Natiq Cəfərli avqustun 12-də qanunsuz sahibkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilmişdi. Məhkəmə onun haqqında 4 ay müüddətinə həbs qətimkan tədbiri seçmişdi.
Natiq Cəfərli sosial şəbəkələrdə aktiv olan irtisadi ekspert kimi məşhurdur. İqtisadi esseləri onu müstəqil medianın “sevimli şərhçisinə” çevirib.
Natiq Cəfərli düz 29 gün həbsdə qaldı. O etiraf edir ki, onun azad edilməsi həbsi qədər gözlənilməz olub.
“Elə bilirdim həbsdə bir neçə il qalacam, buna hazır idim”. Gülərək o danışır ki, bu müddət ərzində onun başlıca nailiyyəti təsadüfən onun kamerasına uçub gəlmiş kəpənəkləri azad etməsi olub.
Cəfərli jurnalistlərə bildirib ki, onun işi üzrə istintaq hələ də davam edir, amma o, ittihamların tamamilə üzərindən götürülməsinə nail olmaq niyyətindədir və bunun üçün lazım gələrsə Avropa Məhkəməsinə də getməyə hazırdır.
Dərc olunub 09.09.2016