Hər şey yapon mədəniyyəti fanatlarının yığıncağı kimi başlamışdı. İndi, dörd il keçəndən sonra isə Azecon kospley festivalı komiks, qeymer, anime fanatları və sadəcə kostyumlu yığıncaq həvəskarları üçün kifayət qədər sanballı mərasimə çevrilib.
Azərbaycanda kospley nisbətən yeni bir hadisədir, yaşlı nəsil üçün bir qədər qəribə də görünə bilər: cizgi filmləri və kino qəhrəmanları kimi geyinən adamlar bir yerə toplaşır. Gənclər üçün isə bu, yeni insanlarla tanışlıq və sadəcə şənlənmək üçün əla imkandır.
Bu il ilk baxışdan kostyumlar ötən ilkinə nisbətən daha az idi, amma onların yaradılması üzərində daha çox iş görüldüyü sezilirdi. Gənclərin yeni kumirləri yaranıb. Sonu bilinməyən “Naruto serialı nəhayət ki, mövqelərini itirdi və ön plana super qəhrəmanlar çıxdı ki, buna görə də “Marvelin filmlərinə minnətdar olmaq lazımdır. Elə o cümlədən də komikslərin yeni populyarlıq dalğasına görə.
Bakıda bu cür tədbirlər üçün səciyyəvi olan təşkilati işlərlə bağlı problemlər vardı: ev sahibləri qonaqları başlı-başına buraxmışdı. Amma bu, heç kimə əla vaxt keçirməyə mane olmadı.