Gül bayramı, həm də Azərbaycanın keçmiş prezindenti Heydər Əliyevin ad günündə heykəlinin üstündə “Qul bayramınız mübarək yazısı peyda oldu.
Heykəl Mərkəzi bank binasının yanında durur. Elə orada da mayın 10-da Bayram münasibətiylə tədbirlər keçirilir – güllərdən fiqurlar quraşdırılır.
Mayın 11-də Bayram Məmmədov (NIDA gənclər hərəkatının üzvü) və ictimai xadim Qiyas İbrahimov həbs edildilər. Gəncləri narkotiklərin satış məqsədilə saxlanması və gəzdirməsində ittiham etdilər. Axtarış zamanı hər iki gəncin mənzilindən bir kilo heroin çıxdı, DİN bildirir. Bayram Məmmədovun qohumları deyirlər ki, axtarış bütün mümkün qaydaların pozulması ilə aparılıb və narkotik onların evlərinə atılıb.
Xətai rayon məhkəməsində qapalı məhkəmə iclası keçirilib. Saxlanılan şəxslərin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Vəkil Elçin Sadıqov deyir ki, istintaq zamanı Qiyas İbrahimova işgəncə verilib, həm də hər ikisindən heykəl qarşısında üzr istəməyi tələb ediblər: “Üzr istəyin, “Aztv gəlib çəkiliş aparsın, buraxaq sizi.
Qiyas İbrahimov və Bayram Məmmədov
Media
Müstəqil media, o cümlədən MeydanTV və Azadlıq radiosu hadisəni bütün təfərrüatı ilə işıqlandırır.
İqtidar yönlü media özünü ya heç nə olmamış kimi aparır, ya da xəbəri iki cinayətkarın saxlanması haqda məlumat kimi təqdim edir.
Sosial şəbəkələr
Heykələ qarşı vandalizm haqqında xəbər mətbuatda geniş işıqlandırılmadığı üçün sosial şəbəkələrdə bu diskussiya “fərqli düşünən insanların çox dar dairəsi ilə məhdudlaşır. Bunu bilmək kifayətdir ki, bütün aktual mövzuların müzakirə olunduğu disput.az forumuna bu mövzu çıxmadı. “Facebook da isə onu əsasən jurnalistlər və ictimai xadimlər müzakirə edir.
“Heroini milli sərvətlər siyahısına daxil edib, “ağ qızıl adı vermək lazımdır. Pambıq artıq çoxdandır ki, “ağ qızıl deyil.
“Qullar ölkəsində azad insanların xırda şıltaqlığı bu dərəcədə böyük təhlükə kimi qəbul edilir.
Azadlıq radiosunun saytında məqalənin altında yazılan şərh:
“Öz mədəni səviyyələrini göstərdilər, vandallar. Eybi yox, həbsxanada onlara öyrədərlər özünü necə aparmaq lazımdır.
Qiyas İbrahimov “Xəmsə intellektual oyununun iştirakçısı kimi tanınır. Tanışları sosial şəbəkələrdə acı zarafatla yazırlar ki, görünür o bir kilo heroinin pulunu elə həmin oyunda qazanıb.