Məktəblər işləmir, yollar bağlanıb, işıq, su yoxdur – Cənubi Osetiyada yağan qarın fəsadları
Paylaşmaq
Paylaşmaq
Cənubi Osetiya artıq üç sutkadır ki, tamamilə elektriksiz qalıb. Güclü qar yağması nəticəsində Rusiyadan gələn yüksək voltlu elektrik xətti zədələnib.
Qəzanın aradan qaldırılması üçün işlər davam edir. Hazırda xətdə üç qırılma aşkarlanıb və aradan qaldırılıb. Amma elektrik təchizatının bərpa olunması üçün energetiklər elektrik xəttinin düz RF ilə sərhəddə yerləşən Dzomaq dərəsi ərazisindəki hissəsində zədələnmələri yoxlayıb, aradan qaldırmalıdırlar. Qalın qar üzündən isə o ərazilərə gedib çıxmaq hazırda çox çətindir. Cənubi Osetiya hakimiyyəti Dzomaq dərəsindəki ərazidə kəşfiyyat aparmaq üçün Rusiya FHN-dən vertolyot xahiş edib.
Cənubi Osetiyanın paytaxtı Sxinvalda elektrik enerjisi ancaq həyati əhəmiyyət kəsb edən oblektlərə verilir, əksər məktəblər bağlanıb.
“Dzomaq dərəsi rayonunda elektrik enerjisi xəttindəki qəzanı aradan qaldırmaq, o cümlədən də strateji önəmli obyektlərin fəaliyyətini təmin etmək üzrə işlər mütləq həyata keçirilməlidir. İlk növbədə müalicə və təhsil müəssisələri, internat və qocaalar evi işlək rejimdə qalmalıdır”, – Cənubi Osetiya hökumətinin sədri Erik Puxayev bəyan edib.
Cənubi Osetiyanın elektriklə isidilən məktəb və uşaq bağçaları işıq olmadığı üçün işləmir.
““Albion” gimnaziyasında ehtiyat istilik sistemi vardı və orada iş adi rejimdə davam edir. Bundan başqa bizdə su təchizatında da fasilələr yaranr və biz uşaqları soyuqda saxlaya bilmərik. Cənubi Osetiyanın odun sobası və ya dizel yanacağı ilə işləyən istilik sistemləri olan rayonlarında da dərslər keçirilir”, – Cənubi Osetiyanın təhsil və elm naziri Natali Qassiyeva bildirib.
Uçqun Əleyhinə Xidmət yol açılandan sonra yenidən qar uçqununun altında qalmasın deyə Şimali Osetiya tərəfdən Rusiyanı Cənubi Osetiya ilə birləşdirən Transqafqaz avtomobil magistralı boyu təhlükəli ola biləcək hissələri çığ əleyhinə toplardan atəşə tutmaq niyyətindədir
Hazırda trasın keçdiyi rayonda qar yağışının intensivliyi azalıb və yolun təmizlənməsi işləri aparılır.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır