Azərbaycan müxalifətinin bu ildə ikk mitinqi aprelin 8-də Bakının Yasamal rayonunda keçirilib. Demokratik qüvvələrin Milli Şurası (MŞ) bu mitinqi aprelin 9-da keçirməyi planlaşdırsa da, hakimiyyət mitinq tarixini bir gün önə çəkib. Mitinq “Talana yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Monarxiyaya yox!” şüarları altında keçirilib.
Bakı şəhəri Baş polis idarəsinin məlumatına əsasən mitinqdə 1500 insan iştirak edib. JAMnews-un müxbirlərinin müşahidəsinə görə, iştirakçıların sayı deyilən rəqəmdən iki dəfə çox – üç minə yaxın olub.
MŞ sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənli çıxışında deyib ki: “İndi mitinqlərin əsl vaxtıdır. Siyasi məhbus promlemləri daha da kəskinləşir. : siyasi məhbusun azad edilməsindən sonra daha 8 nəfər həbs olunub. Hal-hazırda siyasi məhbusların sayı 162-yə çatıb. Buna kəskin “yox!” cdemək lazımdır.
Xalq cəbhəsi partiyasının sədri Əli Kərimli söyləyib: “Hesab edirik ki, Azərbaycanda ədalətsizlik hökm sürür. Hakimiyyət xalq tərəfindən seçilməyib. Vətəndaşların hüquqları və azadlığı əllərindən alınıb. Ciddi islahatlara ehtiyac var”.
Mitinq iki saata yaxın davam edib və insidentsiz ötüşüb.