Müxalifət yeni seçki tələb edir. Baş nazirin istefasına reaksiya və Gürcüstanda siyasi böhran
Müxalifətin bəyanatı
Baş nazir Giorgi Qaxariya istefaya gedəndən sonra müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya müxalifət adından bildirib ki, hakimiyyətlə danışıqlar masasına qayıtmağa hazırdırlar.
Onun sözlərinə görə, müxalifət yeni seçkilərin keçirilməsi məsələsini müzakirə etməyə hazırıdır.
“Ancaq növbədənkənar seçkilər ölkəni böhrandan çıxaracaq, bu da ədalət mühakiməsindən başlayaraq bütün sahələrdə səhman yaratmağa imkan verəcək”, – Meliya bildirib.
Hakimiyyətin reaksiyası
Baş nazir Qaxariya istefasının əsas səbəbi kimi müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı iqtidar partiyası ilə mövqelərinin üst-üstə düşməməsini göstərib. İqtidar partiyasından olan deputatlar onun deputat toxunulmazlığından məhrum edilməsinə səs veriblər, daha sonra isə məhkəmə onun həbsi ilə bağlı qərar çıxarıb.
Qaxariyanın həbsindən az sonraDaxili İşlər Nazirliyi Meliyanln saxlanılması haqda məhkəmə qərarının icrasının “müvəqqəti təxirə salındığı” haqda bəyanat yayıb.
Bundan sonra “Gürcü arzusu” iqtidar partiyasının rəhbəri İrakli Kobaxidze çoxluğun digər liderlərilə birlikdə xüsusi brifinqdə bildirib ki, baş nazirin istefasının səbəbi “dövlət öz üzünü belə göstərməlidir, ya yox” sualının ətrafında fikirlərinin üst-üstə düşməməsi olub.
“Giorgi Qaxariyanın bununla bağlı mövqeyi komandanın başqa üzvlərindən fərqli idi. Amma biz onun mövqeyini dəstəkləyən heç bir arqument eşitmədik”, – Kobaxidze deyib.
Kobaxidze Meliyanı qanuna əməl etməyə çağırıb, “əks təqdirdə hökumət qanunun icrasını təmin edəcək və o, həbs olunacaq”.
Onun sözlərinə görə, hökumətin formalaşdırılması və başa çatdırılması qanunda nəzərdə tutulan ən qısa zamanda həyata keçiriləcək.
“Gürcü arzusu” partiyasının siyasi şurasının sabah toplanacağı və baş nazir vəzifəsinə yeni namizəd irəli sürəcəyi gözlənilir.
Ожидается, что политсовет “Грузинской мечты” соберется завтра и выдвинет нового кандидата на пост премьер-министра.
Nə baş verib?
Dünən, fevralın 17-də Tbilisi şəhər məhkəməsi kütləvi iğtişaşların təşkili işi üzrə ittiham olunan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi haqda qərar verib.
Proses altı saata yaxın davam edib. Meliyanın vəkilləri uğursuzca qətimkan tədbirinin ləğv edilməsinə çalışıblar.
Prokurorluq Meliyanı 2019-cu il 20-21 iyunda Rusiya Dövlət Dumasının deputatı Qavrilovun Gürcüstan parlamentinə dəvətinə qarşı etirazlar nümayişçilərlə polis arasında qarşıdurmaya keçdiyi zaman kütləvi iğtişaşların təşkilində, o cümlədən də parlamentə hücuma çağırışda ittiham edib.
2019-cu il iyunun 26-da əvvəlki çağırış parlament Nika Meliyanı deputat toxunulmazlığından məhrum edib.
Səhəri gün məhkəmə onun haqqında 30 min lari [9 min dollara yaxın] həcmində girov ödəməsi ilə bağlı qətimkan tədbiri seçib və elektron bilərzik taxmaq da daxil olmaqla əlavə məhdudiyyətlər də tətbiq edib.
2020-ci il noyabrın 1-də parlament seçkilərinin saxtalaşdırılmasına qarşı müxalifətin izdihamlı mitinqində Nika Meliya ədalətsizlik rəmzi kimi elektron bilərziyi nümayişkaranə şəkildə çıxarıb, atandan sonra bu iş yenə də aktuallaşıb.
Bununla əlaqədar olaraq 2020-ci il noyabrın 3-də Tbilisi şəhər məhkəməsi Meliyanın girov məbləğini 70 min lariyə qədər yüksəldib, yəni əlavə 40 min lari [12 min lariyə yaxın] tələb edib.
Meliya girovu ödəməkdən imtina edib, onun sözlərinə görə, “ölkənin məhkəməsi də, prokurorluğu da (iqtidar partiyasının lideri Bidzina) İvanişvilinin cibindədir”.
2020-ci il oktyabrın 31-də Nika Meliya yenidən deputat seçilib, buna görə də yeni parlament fevralın 16-da onun deputatlıq toxunulmazlığı ilə bağlı yenidən qərar qəbul edib.
- Oktyabr seçkilərindən sonra Meliya özü deputat mandatından, nəticədə immunitetindən də imtina edib, amma parlament onu və daha 50 müxalifət deputatını mandatdan imtina etmək istəməyib.
- 2020-ci il dekabrın 25-də Nika Meliya əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatın sədri seçilib. Qriqol Vaşadzenin istefasından sonra partiya sədri postu boşalmışdı.