2020-ci il noyabrın 2 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Qarabağda meşələr yanır – Qarabağın Fövqəladə hallar üzrə Dövlət Xidməti
Qurumdan bildirilib ki, Azərbaycan SQ Qarabağın demək olar ki, bütün meşə zolaqlarında yandırıcı mərmilərdən istifadə edir. Alova yaxınlaşmaq mümkün olan ərazilərdə yanğınsöndürənlər meşə yanan zolaqlarını söndürməyə çalışırlar.
“Düşmən humanitar böhrama ekoloji fəlakəti də əlavə etmək istəyir, Qarabağın flora və faunasına ziyan vuraraq”, – dövlət xidmətinin məlumatında deyilir.
Oktyabrın 31-də meşə yanğınları haqda ilk məlumat daxil olub. Qarabağın müdafiə ordusunun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Qarabağ münaqişəsi zonasında tərkibində kimyəvi silah elementləri olan fosforlu silahdan istifadə edib ki, bu da beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümumilikdə yanğın sahəsi 150 hektarı aşıb.
-
Qarabağda atəş nəticəsində bir nəfər dinc sakin həlak olub, bir nəfər yaralanıb – ombudsmen
Qarabağ ombudsmeninin ofisindən bildirilib ki, oktyabrın 30-da Cenevrədə münaqişə tərəflərinin XİN rəhbərləri arasında mülki əhaliyə məqsədyönlü hücum etməmək haqda razılıq əldə edilməsinə baxmayaraq, Azərbaycan SQ tərəfindən dinc yaşayış məntəqələrinin atəşə tutulması davam edir. Məlumatda deyilir ki, indi Qarabağın iki kəndi artilleriya atəşinə məruz qalıb:
“Martuni rayonunun Xnuşinak kəndində bir dinc sakin, 53 yaşlı Armo Avetisyan həlak olub, Mardakert rayonunun Aracadzor kəndində mərmi partlaması nəticəsində isə 67 yaşlı Serja Tsatryan yaralanıb”.
Ümumilikdə hərbi əməliyyatlar başlayandan ən azı 46 dinc sakin həlak olub, 142 nəfər yaralanıb – Qarabağ ombudsmeni Artak Beqlaryan hesab edir.
-
Ermənistan ərazisinin atəşə tutulması nəticəsində bir nəfər dinc sakin həlak olub, iki nəfər yaralanıb – Müdafiə Nazirliyi
Artıq ikinci dəfədir ki, Azərbaycan SQ Ermənistanın cənubunda Sünik vilayətinin David Bek kəndini atəşə tutur. Bu dəfə atəş nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Ermənistan SQ-in hərbi mövqeləri də artilleriya atəşinə tutulub – Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan. Bu kənd Azərbaycan tərəfindən oktyabrın 30-da da atəşə tutulmuşdu. O zaman yaralıların və dağıntıların olduğu haqda məlumat verilmişdi.
-
Dağlıq Qarabağ qadınlarının ABŞ sıfirliyi qarşısında aksiyası
Yüzlərlə qadın övladları ilə birlikdə Yerevanda ABŞ səfirliyi qarşısında müharibənin dayandırılması, Dağlıq Qarabağın müstəqilliyinin tanınması tələbi ilə aksiya keçiriblər. Bu, Qarabağda hərbi əməliyyatlar başlayandan Ermənistana köçən qadınların artıq ilk belə aksiyası deyil.
Aksiya iştirakçıları tələb ediblər ki, ABŞ səfiri Linn Treysi onlarla görüşsün. Onlar hətta bildiriblər ki, onların qarşısına heç kim çıxmasa və tələblərini dinləməsə səfirlik binası qarşısında çadır qurmağa da hazırdırlar. Onların əllərində “Qarabağı tanıyın”, “Ərdoğanı və Əliyevi dayandırın” yazılmış plakatlar olub.
-
Azərbaycan dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir – Qarabağın Fövqəladə Hallar üzrə Dövlət Xidməti
Martuni və Mardakert şəhərlərində vəziyyət xüsusilə gərgindir, burada Azərbaycan SQ “Qrad” və “Smerç” yaylım atəşli raket sistemlərindən, o cümlədən də aviasiyadan istifadə edir. Dövlət xidməti vurğulayır ki, bu ərazilər gecə də atəşə məruz qalıb. Ziyan çəkən yoxdur.
-
Ermənistanlı ekspertin Azərbaycanın fosforlu silahdan istifadə etməsi haqda rəyi
Ermənistan medisı hərbi ekspert Karen Ohanesyanın Azərbaycanın münaqişə zonasında fosforlu silahdan istifadəsi haqda şərhini dərc edib:
“Bəşəriyyət üçün təhlükə kəsb edən silah hərbi əməkdaşlıq çərçivəsində […] satılmır. Bir qayda olaraq onu qara bazarda əldə edirlər. Bu, Azərbaycan və Türkiyənin terror qruplaşmalarının yalnız insan resurslarından yox, həm də onlarda olan silah və sursatdan da yararlandığından xəbər verir”.
Ekspert hesab edir ki, Azərbaycan hakimiyyəti müharibə başlayandan bir neçə saat ərzində bütün Dağlıq Qarabağı azad etməyi planlaşdırırdı, amma hərbi əməliyyatlara terrorçu qruplaşmaların cəlb olunmasına və ən yeni hərbi texnikadan istifadə edilməsinə baxmayaraq, onlar buna nail ola bilmədilər. Bu da Ohanesyanın fikrincə, öz nüfuzunu qurtarmaq üçün çarısiz cəhddir.
“Birinci məqsəd dinc sakinləri bu yerləri [atəşdək gizləndikləri meşəlik əraziləri] tərk etməyə məcbur etməkdir, hamı kimyəvi silahın təhlükəsini bilir. İkinci məqsəd Ermənistan cəmiyyətində təşviş yaymaqdır. Deyə bilərəm ki, bu halda da nəticə hasil edə bilməyiblər. Meşələrdə gizlənən dinc sakinlər sığınacaqlarını dəyişiblər. […] Birmənalı şəkildə bu, son tədbir idi, üstəlik, dərin təəssüflə bildirim ki, bu silahdan Türkiyənin göstərişi ilə istifadə olunub. Türkiyənin göstərişi ilə terrorçular fosfor tərkibli silahı Suriyadan kənarda tətbiq ediblər”.
-
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Münaqişə zonasından Qarabağ Müdafiə Nazirliyinin məlumatı
Noyabrın 2-də gecə cəbhə xəttində müxtəlif intensivlikdə döyüşlər davam edib. Cənub-şərq istiqamətində Azərbaycan SQ uğursuzca cəbhə xəttinə zirehli texnika yaxınlaşdırmağa cəhd göstərib. Dinc yaşayış məntəqələrinin atəşə tutulması da davam edib.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmən iki rayonun ərazisini atəşə tutur”
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təcili məlumatında deyilir: “Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur”.
-
Cəbhənin müxtəlif istiqamətlərində döyüşlər davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Noyabrın 1-i gün ərzində və 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”, – Azərbaycan Müdafiə Nazirliyinin səhər məlumatında bildirilir.
-
Ermənistan XİN Türkiyə və Azərbaycanın xarici muzdlu terrorçulardan istifadə etdiyini bildirib
Qurumdan bildirilib ki, Türkiyə tərəfinfən regiona xarici muzdlu terrorçuların və Yaxın Şərqin “qaynar nöqtələrindən” cihadçıların cəlb edilməsi, gətirilməsi və yerləşdirilməsi faktı “nəinki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xüsusi xidmət orqanları, bizim çox saylı tərəfdaşlarımız və beynəlxalq ictimaiyyət tərəfindən, hətta artıq terrorçuların özlərinin birbaşa şahidliyi ilə təsdiqlənib”.
Bəyanatda deyilir ki, noyabrın 1-də hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri Azərbaycan tərəfindən Qarabağda hərbi əməliyyatlara cəlb olunmuş artıq ikinci xarici muzdlu terrorçunu əsir götürüb. Birincisi oktyabrın 30-da əsir götürülüb:
“Cihadçıların Dağlıq Qarabağ münaqişəsi zonasına gətirilməsi Türkiyə-Azərbaycam rəhbərliyinin münaqişəyə beynəlxalq mahiyyət vermək niyyətindən xəbər verir. […] Ermənistan bütün maraqlı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində beynəlxalq terrorçuluqla mübarizədə ardıcıl addımlar atmağa davam edəcək”.
-
2020-ci il noyabrın 1-də gün ərzində Qarabağ münaqişəsi zonasında nələr baş verib?