Moskvada Xəzər dənizinin hüquqi statusu haqda konvensiyanın mətni razılaşdırılıb
Paylaşmaq
Paylaşmaq
İyirmi il davam edən inadkar mübahisədən sonra beş xəzəryanı dövlət Xəzər dənizinin hüquqi statusu haqda konvensiyanın yekun mətnini imzalamağa yaxınlaşıb.
Bu haqda Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvada xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Sənədin mətni faktiki olaraq hazırdır”, – RİA Novosti Lavrova istinadən yazır.
Rusiyanın XİN rəhbəri qeyd edib ki, sənədin gələn il Qazaxıstanda keçiriləcək V Xəzər sammiti zamanı imzalanması planlaşdırılıb.
“Biz praktiki olaraq Xəzərin hüquqi statusu haqda Konvensiya üzərində 20 illik işi yekunlaşdırmışıq. Bu mətn dövlətlərimizin başçılarının təsdiqinə təqdim olunacaq və biz ümid edirik ki, onlar sənədi dəstəkləyəcəklər”, – S.Lavrov bildirib.
Xəzər dənizi dünyanın ən iri daxili su hövzəsidir. Sovet İttifaqı dağılandan və Xəzər sahilindəki dövlətlərin sayı ikidən (SSRİ, İran) beşə (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) yüksələndən sonra Xəzər dənizinin yeni hüquqi statusunun işlənib hazırlanmasına ehtiyac yarandı. İyirmi il ərzində xəzəryanı dövlətlər arasında Xəzər dənizinin statusu ilə bağlı danışıqlar gedib.
Azərbaycan, Türkmənistan və Qazaxıstan neft və qazla ən zəngin sektorların sahibləri kimi Xəzərin orta xətlə bölünməsi tərəfdarı idi, İran isə Xəzərin bütün xəzəryanı dövlətlər arasında hərəsinə beşdə bir hissə olmaqla bölünməsində israr edirdi. 2003-cü ildə Azərbaycan, Rusiya və Qazaxıstan mövqelərində uzlaşdılar, amma bütün xəzəryanı dövlətlər arasında kompromisin əldə edilməsi üçün daha 14 ilə ehtiya.