Moldovadakı muxtar bölgə Rusiyanı həm istəyir, həm də istəmir
Qaqauz Moldovada yerləşən muxtar bölgədir. Ölkə daxilində bu bölgəni adətən separatçı meyllərdə və Kişinyov üçün 2016-cı ilin axırlarında çox mühüm olan qərarı verməkdə suçlayılar. Moldovada noyabrda başa çatan prezident seçkilərində Rusiya yönlü namizəd İqor Dodon qalib gəldi.
Qaqauz bölgəsinin müəyyənedici xətti isə məhz onun Rusiyaya istiqamətlənməsi olub: həm mədəniyyətdə, həm geosiyasətdə, həm mediada, həm də məişətdə. Tədqiqatların nəticələrinə görə, yerli sakinlər dünyada baş verən hadisələr barədə məlumatı əsasən Rusiya mediasından alır. Qaqauzların 90%-i pravoslavdır.
Görünən budur ki, əslində mütləq çoxluq ölkədə Rusiya yönlü siyasi qüvvə kimi tanınan sosialistlərə səs verməliydi. Həm də nəzərə alsaq ki, yeni prezident Dodon da məhz bu partiyanın nümayəndəsidir.
Bununla belə, hamı tərəfindən Rusiya yönlü hesab olunan Qaqauz bölgəsi sosialistlərə seçkilərdə növbəti qələbəni yaşamaq imkanı vermədi. Qaqauz bölgəsində seçkilərin birinci turunda yerli qanunverici orqana sosialist partiyasından 21 majoritar namizəddən cəmi ikisi keçə bildi.
Hazırda Moldova bu regiondan nə gözləməlidir?
Qaqauz bölgəsinin ən yüksək vəzifəli şəxsi, başqan İrina Vlaxın “Qromadski televiziya kanalına şərhi:
“Qaqauz yerinə ixrac mallarının 40%-i hazırda Aİ-dən gəlir. Bununla belə, yerli sakinlər Avropa Birliyi ilə deyil, Rusiya tərəfindən idarə olunan Gömrük İttifaqı ilə tərəfdaşlığı seçir.
İş orasındadır ki, söhbət siyasi tərəfdaşlıqdan gedəndə, iqtisadi amillərin buna heç bir dəxli yoxdur. Biz üç il bundan əvvəl keçirilən referendumda da ixrac mənbəyinə görə seçim etmirdik. Bizim seçimimiz tam başqadır.
Qaqauz yerinin xüsusi hüquqi statusu haqqında qanunda daxili referendumlar keçirmək imkanı nəzərə alınıb və bu çox yaxşıdır. Onda da biz xalqla məsləhətləşmək qərarına gəldik. Əhalinin 97 faizi də Qaqauz bölgəsinin Avrasiya Birliyinə üzv olmasının leyhinə səs verdi.
Niyə Qaqauz bölgəsi Moldova və Avropada özü üçün yer görmür?
Referendumda verilən suallardan biri beləydi: Moldova Rumıniya ilə birləşmək qərarı verərsə, Qaqauz bölgəsi necə hərəkət etməlidir?
97% sakin bildirdi ki, Moldova heç kimlə birləşməməlidir, neytral, suveren dövlət olmalıdır. Moldovanın Rumıniya ilə birləşməsi baş versə, qaqauzlar orada olmayacaq.
Kontekst
Qısaca öncə baş verən hadisələr barədə.
·2014-cü ildə Qaqauz bölgəsində baş tutan referendum zamanı aşağıdakı sual qoyuldu: “Qaqauz bölgəsi Gömrük İttifaqına daxil olmalıdırmı? Referendumda həm də “Qaqauz xalqının öz müqəddəratını təyin etmə statusunun təxirə salınması ilə bağlı məsələ də qaldırıldı.
Bu referendum Moldova hökumətinin Avropa İttifaqına ümumi inteqrasiya meyllərinə tam zidd idi. Rəsmi Kişinyov bu referendumun keçirilməsini məhkəmə yolu ilə dayandırmağa çalışdı. Sonradan Moldova rəhbərliyi qeyd etdi ki, istənilən halda Qaqauz yerindəki səsvermənin hüquqi qüvvəsi olmayacaq.
·1990-cı ilin avqust ayında Qafqazda başlayan etnik-ərazi münaqişələri ilə eyni vaxtda Qaqauz bölgəsi öz müstəqilliyini elan etdi. Buna cavab olaraq, 1990-cı ilin oktyabr ayında regionun paytaxtı olan Komrata Moldovanın o vaxtki baş naziri Mirçey Drukun başçılığı ilə Moldovanın könüllü millətçiləri silahlı yürüş etdilər. O vaxt zorakılıq və qanlı qarşıdurmadan qaçmaq mümkün oldu: hər iki tərəf geri çəkilə bildi.
·Sonrakı üç il ərzində Kişinyovdakı mərkəzi hökumət və yerli hakimiyyət arasında regionun Moldovanın tərkibində xüsusi hüquqi statusu barədə razılıq əldə edildi.
Qaqauz bölgəsi əhalisinin 80%-dən çoxu öz tarixi və adət-ənənələri olan türkdili xalq – etnik qaqauzlardır, sovet dövründə bu regionun öz muxtariyyəti olmayıb.
Dərc olunub: 08.12.2016