Moldova: “qeyri-həqiqi” qaçqınlar konveyeri
Avropa İttifaqı ölkələrində sığınacaq axtaranların sayına görə Moldova yalnız hərbi əməliyyatların tam sürətlə davam etdiyi ölkələrdən geridə qalır. Moldovanın ZdG müstəqil nəşrinin jurnalistləri Moldovadan Avropaya gedən miqrantların tipik qeyri-leqal yolunu izləmək və onların gözləntilərinin doğrulmamasının səbəblərini izah etmək üçün Niderlandda olublar.
Ziarul de Gardă-nın məqaləsi əsasında
«Bağışlayın, amma sizin şansınız yoxdur»
On minlərlə moldovalı darıxdırıcı Avropa əyalətində qəmsiz həyat arzusundadırlar. Onların əksəriyyəti bütöv ailələri ilə birlikdə Avropaya hakimiyyətə “təslim olmağı” bacarmaq və əlçatmaz qaçqın statusu əldə etmək ümidi ilə gəlirlər.
İnsanlar yoxsulluqdan, işsizlikdən və qeyri-sabitlikdən qaçırlar, lakin avropalı məmurlar kifayət qədər əsaslı tərzdə güman edirlər ki, qaçqın adlandırılmaq üçün bunlar kifayət etmir.
“Adətən. biz birbaşa deyirik ki, onların şansı yoxdur, çünki onlar kriterilərə uyğun gəlmirlər”, — Niderlandın Ter Apel şəhərindəki sığınacaq axtarışında olanlar üçün ölkənin ən iri mərkəzinin rəhbəri Henk Voltof izahat verir.
- Məhdudiyyətli vizasız rejim. Gürcüstan vətəndaşlarını Avropaya kim və nəyə görə buraxmır
- Gürcüstan vətəndaşları Avropada – vizasız və sığınacaqsız
Əksər hallarda moldovalılar Ter Apelə “təşkil olunmuş” formada gəlirlər: ağzına kimi dolu avtobusa qohumlar, qonşular və həmkəndlilər minirlər. Yaxşı həyat axtarışında olanların arasında adəti üzrə qocalar, uşaqlar və hamilə qadınlar olur. Tez-tez sərnişinlərin sayı oturacaqların sayından çox olur, əzablı səfər bir neçə sutka davam edir.
“Biz, əlbəttə, təəssüflənirik ki, insanlar bu qədər uzun yol gəlməli olublar. Heyfsilənirik ki, onlar Moldovada bəslədikləri arzularını həyata keçirə bilməyəcəklər, – Henk Voltof deyir. – Mən sığınacaq əldə etməyin mənasızlığını öyrəndikləri zaman onların üzündəki məyusluğu görmüşəm”.
Ter Apeldəki sığınacaq axtarışında olanlar mərkəzinin rəhbərinin sözlərinə görə, bir dəfə o, 200 Moldova vətəndaşını qarşılamalı olub. Bu insanları gecələməyə yerlə təmin etmək üçün idman zalını boşaltmaq lazım gəlib və burada üç sıra çarpayılar düzülüb. Voltofun sözlərinə əsasən, insanlara yatmağa, istirahət etməyə, yuyunmağa imkan veriblər, onları isti yeməklə təmin ediblər. Sonra isə onlar evə – Moldovaya qayıtmalı olublar.
Ter Apeldəki qaçqınların qəbulu mərkəzi nə gündüz, nə də gecə bağlanmır – buraya bütün dünyadan Avropada yerini möhkəmləndirmək istəyən insanlar axışır. Bir çoxları müharibələrdən və ya totalitar rejimlərin izləməsindən qaçmağa məcbur olurlar.
Lakin sığınacaq almaq üçün müraciət edənlərin arasında Niderlandın təhlükəsiz hesab etdiyi ölkələrdən gələnlər də az deyil. Belə ölkələrə Moldova da aiddir və buna görə də, ötən il Niderland Krallığı bu ölkədən sığınacaq üçün müraciətlərin heç birini təmin etməyib. 2019-cu ildə təxminən 900 belə müraciət olub.
Cinayətkar sxemlər
Şübhə etməyə əsas var ki, moldovalıları “toplayan” və onların köçməsi üçün avtobuslar təşkil edən insanlar beynəlxalq cinayətkar sxemin bir hisəsini təmsil edirlər.
2019-cu ilin noyabr ayında Niderland polisi qeyri-leqal miqrasiyanın təşkilində və insan alverində şübhəli bilinən bir neçə Moldova vətəndaşını saxlayıb. İstintaq davam edir, moldovalıları Niderlanda gətirmiş iki avtobus sürücüsü həbsdədir.
Niderlandın imtina cavabı verdiyi şəxslərin çoxu bəxtlərini digər Aİ ölkələrində sınamaq qərarına gəlirlər. Moldovanın Nideranddakı səfiri Tatyana Pırvu bildirir ki, statistikaya görə, Niderlandda imtina cavabı alanların 70 faizə qədəri Fransadan və Almaniyadan sığınacaq istəyirlər. Bunun da bir mənası yoxdur, çünki bütün imtinalar Aİ ölkələri üçün ümumi bazada qeydə alınır.
Ötən illərdə bütün sığınacaq axtarışında olanlara hakimiyyətin onların müraciətlərini nəzərdən keçirdiyi müddət üçün müavinət ödənilirdi. Lakin son vaxtlar qaydalar sərtləşdirilib və inssanlar daha pul ala bilmirlər, onlara yalnız gecələmək üçün yer verilir. Moldova səfiri deyir ki, bu sərtləşmə digər Avropa ölkələrində “təslim olmaq” istəyənlərin sayını azaldır.
Risk qrupu
İnsan alverçilərinin tilovuna düşməklə risk edən qeyri-leqal miqrantların əksəriyyəti Moldovanın roman icmalarının nümayəndələridir. Ən azından onlar Moldovadan Ter Apelə tərəf hərəkət edən avtobusların sərnişinlərinin yarıdan çoxunu təşkil edirlər.
Belə ki, bir çox romanlar, o cümlədən azyaşlı uşaqları olan qadınlar və yaşı 70-i keçmiş ahıl insanlar Oraki şəhərindən yola çıxıblar. Məlumdur ki, bu adamlar Niderlandda sığınacaq üçün müraciət ediblər və imtina cavabı alıbar, lakin vətənlərinə də qayıtmayıblar.
Denis Preyda imtina cavabı alandan sonra Moldovaya qayıdan az sayda insanlardan biridir. Onun sözlərinə görə, Niderlanddan bir ay əvvəl uçub gəlib.
“Varşava-Kişinyov təyyarəsi ilə, – Denis izah edir. – Bizi səkkiz nəfər müşayiət edirdi ki, evə qayıdacağımızdan və geri qayıtmayacağımızdan əmin olsunlar”.
Denis həvəslə daxili məlumatla bölüşür: avropalı hakimiyyətlər qaçqın statusu üçün müraciət edənə bu statusu o vaxt verirlər ki, onun izlənilməsinə, yaxud təhdid olunduğuna əmin olsunlar. “Mən onlara izah etdim ki, maliyyə problemlərim var, lakin bunu nəzərə almadılar”, – o, sözlərini yekunlaşdırır.
“Mediaset”in dəstəyi ilə