Moldova kilsələrinin beş “dümyəvi əyləncəsi”
Materialın orijinalı Ziarul de Gardă -da
Moldova vətəndaşlarının 93 faizi özlərini pravoslav xristian adlandırır, amma sorğu olunanların 80 faizi hesab edir ki, kilsə dövlətin işinə müdaxilə etməməlidir, – bu yaxınlarda Moldovada keçirilən sorğunun nəticələri bunu göstərir.
Bununla belə Moldova kilsəsi mütəmadi olaraq ölkənin siyasi və ictimai həyatında rol oynamağa can atır, odur ki, tez-tez kilsə məsələlərindən uzaq qalmaqalların mərkəzinə düşür. Ziarul de Gardă nəşrinin jurnalistləri Moldova metropoliyasının dünyəvi həyatı ilə bağlı beş qalmaqallı hadisə haqda danışırlar.
Seçkilərdə təşviqat
Pravoslav kilsənin kanonlarına əsasın, keşişlər siyasi təşviqatda iştirak edə bilməz, buna görə onlar dini rütbələrindən məhrum ola bilərlər. Amma Moldovanın pravoslav kilsəsi respublikanın siyasi həyatına qarışır. 2016-cı il prezident seçkiləri zamanı kilsə demək olar ki, açıq-aşkar Rusiya yönlü namizəd, Sosialistlər Partiyasının sədri İqor Dadonu dəstəkləyir, onun rəqibi Avropa yönlü prezidentliyə namizəd Maya Sandanı qaralamaqla məşğul idi. Prezident seçkilərindən az əvvəl moizələrindən birində Mitropolit Vladimir Dodonu tərifləyib, onu “cənab prezident” adlandırmışdı; daha sonra isə prezident seçkilərinin ikinci turuna bir həftə qalmış keşişlər qrupu hətta Kişinyovda mətbuat konfransı keçirərək insanları əsl “xristian” Dodona səs verməyə çağırmışdılar.
Kilsə və təhsil
Seçiciləri Maya Sandaya qarşı səs verməyə çağıraraq yepiskop Markell onu məktəblərdə “cinsi tərbiyə” fənninin keçilməsini və məktəb kitabxanaları üçün “Seksual həyat” dərsliklərinin alınmasını dəstəkləməkdə günahlandırıb (Sandu 2013-cü ildən təhsil naziri olub). Bu mövzu Moldova cəmiyyətini iki cəbhəyə bölüb ki, onlardan biri kilsə tərəfindən mütəmadi olaraq qızışdırılır. 2017-ci ilin fevralında Moldova metropoliyasının sinodu növbəti dəfə Maarif Nazirliyinə yazılı şəkildə müraciət edərək mənfi təsirinə görə bu fənnin məktəb proqramından xaric edilməsini tələb edib (hərçənd ki, bu fənn sadəcə fakültativ olaraq tədris edilir).
Mitropolit yaxtada dincəlir. Sarışınla
Moskva Patriarxatının yerli metropoliyasının rəhbəri Kişinyov və bütün Moldovanın mitropoliti Vladimirin zəif yeri yaxtalar və Türkiyədir. 2014-cü ildə “Odnoklasniki” sosial şəbəkəsində fotolar yayıldı: mitropolit naməlum sarışın qadınla vaxt keçirir; fotolar çimərlikdə və yaxtada çəkilmişdi. ZdG jurnalistləri naməlum qadının şəxsiyyətini müəyyən edə bilmişdilər, o, şəxsi mühafizə firmasının sahibi Nelli Tkaçuk imiş. Tkaçukun Kişinyovdan 5 kilometr məsafədə bağı var və onu bu bağ evində tez-tez mitropolit Vladimirlə birlikdə görürlər.
Onu da qeyd edək ki, pravoslav inancına görə yepiskop rahib olmaya bilməz. Mitropolit isə – qədimliyinə görə xristian kilsəsində ilk yepiskop tituludur – nikahsızlığa daha artıq riayət etməlidir.
Mitropolitin meşə sarayları
2013-cü ilin dekabrında Moldovanın Lemn Construct Prim firması Kişinyovdan 18 kilometr aralıda dövlətdən bir hektar meşə ərazisi icarəyə götürdü. Nikolay Kantaryan (bu, Mitropolit Vladimirin dünyəvi adıdır, – redaksiya qeydi) və Fyodor Roşka (yəni Nikolay ata, Kişinyov kilsələrindən birinin rahibi) bu firmanın həmtəsisçiləridir. İcarəyə götürülmüş sahədə üç bina inşa edilib, bu binaların da sahibkarı “Porche Club Moldova” assosiasiyasının sədri Oleq Popovdur. Qısa zaman sonra bütün bunlar din xadimlərinin mülkiyyətinə keçib.
2016-cı ilin oktyabrında məhkəmə 8900 ley (430 avroya yaxın) həcmində borca görə icarə müqaviləsini pozub, amma Moldova hakimiyyəti din xadimlərini bu binaları sökməyə məcbur edə bilmir, heç həmin binalara yaxın düşmək də mümkün olmur.
Kilsə piştaxtaları
Moldova metropoliyasının kilsə piştaxtalarından ibarət şaxələnmiş şəbəkəsi var. Bir qayda olaraq, bu piştaxtalarda dini mallar satılır – biri 1 leyə (təxminən 5avro-sent) şamlardan tutmuş qiyməti 15 min leydən (720 avroya yaxın) başlayan qızıl suyuna çəkilmiş ikonalara və ibadət libaslarına qədər. Kilsə ərazilərindəki piştaxtalardan başqa belə kommersiya nöqtələri Kişinyovun vağzallarında və başqa yerlərdə də var. Bu piştaxtalara vergilər xidməti tərəfindən nəzarət olunmur, burada kassa aparatları da yoxdur. Dövlət Vergi Xidmətindən bildirdilər ki, hökumətin 1998-ci ildə təsdiqlədiyi qərara əsasən kilsə piştaxtalarına müəyyən vergi güzəşti tətbiq olunur. Düzdür, bu sənəd kilsəni vergi ödəməkdən azad edir, amma yalnız alver kilsə ərazisində aparılırsa.
Bununla belə, bu pulların necə istifadə olunduğunu heç kim bilmir. Dövlət kilsənin müxtəlif ayinlərə və mərasimlərə təyin etdiyi tarifləri də nəzarətdə saxlamır. Məsələn, Kişinyovun baş kilsəsində – “İsa Miladı” kilsəsində – dini nikah 1000 leyə (48 avroya yaxın) başa gəlir, amma cütlük təklikdə nikaha girmək istəyərsə (yəni kilsədə onlardan başqa cütlük olmadan) artıq 1500 ley (72 avro) ödəməli olacaq. Xorun müşayiəti də ayrıca xərcdir – bir neçə yüz leyə qədər