MN17-nin qəzaya uğramasında və kiber-müharibələrdə Rusiyanın əli
Paylaşmaq
Paylaşmaq
Britaniya kəşfiyyatının hissələrinin (Mİ-5, Mİ-6 və Hökumət Əlaqəsi Mərkəzi) Rusiya hakimiyyətinin internetdə iri miqyaslı qanuna zidd əməlləri haqda bəyan etdiyi hesabat dərc olunub, Financial Times xəbər verir.
Hesabatda deyilir ki, Rusiya əhalinin yanlış məlumatlandırılması kampaniyası aparır. Sübut olaraq Britaniyanın kəşfiyyat xidməti 2014-cü ilin iyulunda Donbas üzərində sərnişin təyyarəsinin vurulması ilə bağlı vəziyyəti misal gətirib.
“Bunun [Rusiyanın qanunsuz əməllərinin] əsas nümunəsi Rusiyanın təşviqat yolu ilə MN17 reysi ilə uçan “boinqin” qəzaya uğramasına görə məsuliyyət daşımadığını dünyaya sübut etmək cəhdidir (bu isə dezinformasiyadır: biz heç bir şəksiz əminik ki, Rusiya hərbçiləri hava qüvvələri əleyhinə qurğunu (Donbasa) yönləndirib, sonra oradan aparıblar)”, – hesabat müəllifləri hesab edir.
“Dezinformasiyaların və uydurmaların yaradılması və dərci”, – Böyük Britaniya kəşfiyyat xidmətinin fikrincə, Kremlin tutduğu şəxslər məhz bu işlə məşğul olur. Müəlliflər həmçinin Rusiya xakerlərinin çoxalan imkanlarından da narahatdırlar. Onların sözlərinə görə, Rusiya şəbəkədəki eksperimentləri üçün “bütün dünyanı poliqon kimi istifadə etməyə hazırdır”.
Bir ay əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiya hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış edib: “Biz sizin planlarınızın fərqindəyik və niyyətinizi həyata keçirməyə imkan vermərik”, – o bildirib.