MN-17 reysinin qurbanlarının qohumlarına 400 milyon dollar kompensasiya kəsilib
Paylaşmaq
Paylaşmaq
ABŞ məhkəməsi 2014-cü ildə Donetsk vilayəti üzərində baş verən təyyarə qəzasında həlak olan 18 nəfərin qohumlarının iddiasını təmin edib. Bu haqda“Novaya qazeta” xəbər verir:
Məhkəmə tanınmamış “Donetsk Xalq Respublikasının” keçmiş müdafiə naziri İqor Strelkovu Malayziyanın MN-17 reysi ilə uçan “Boinq” təyyarəsinin qəzasında təqsirli bilib. İndi Strelkov hər bir qurbanın qohumlarına 20 milyon dollar həcmində kompensasiya ödəməlidir.
Strelkov artıq bəyan edib ki, Amerika məhkəməsinin qərarını tanımır və kompensasiya ödəmək niyyətində deyil. “Əgər bu insanlar hansısa yolla məni həmin pulu ödəməyə məcbur etsələr, mən indən belə min il yaşamalı olacam”, – Strelkov vəziyyəti bu cür şərh edib. Görünür ki, bununla o, kompensasiyanı ödəyəcək vəsaitinin olmadığını bildirməyə çalışıb.
2014-ci il iyulun 1-də “Malaysia Airlines” şirkətinin Amsterdam – Kualu-Lumpur marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Donetsk vilayəti üzərindən uçarkən qəzaya uğrayıb. Sonradan beynəlxalq araşdırma nəticəsində qəzaya Rusiyanın “Buk” zenit-raket kompleksindən buraxılan “torpaq-hava” raketinin səbəb olduğu aşkarlanıb.
Rusiya hakimiyyəti günahını qəbul etmir. Hollandiya, Ukrayna, Malayziya, Belçika və Avstraliyanın iştirak etdiyi beynəlxalq araşdırma davam edir. Yaxın aylarda istintaqın bitəcəyi və beynəlxalq tribunalın başlayacağı gözlənilir.