Meksikada zəlzələ nəticəsində 200-dən çox adam həlak olub
Paylaşmaq
Paylaşmaq
Sentyabrın 19-da, axşam saatlarında Mexiko və ona yaxın ştatlarda baş vermiş güclü zəlzələ nəticəsində Meksikanın paytaxtında yüzlərlə insan həlak olub və zərər çəkib. CNN xəbər verir ki, axtarış və xilasetmə işləri davam etdirilir.
7.1 bal gücündə olan zəlzələnin episentri San-Xuan Rabozo şəhərindən 4.5 kilometr şimal-şərq istiqamətində yerləşirdi.
Ölkə prezidenti Enrike Nyetonun verdiyi məlumata görə,Mexikoda təbii fəlakət nəticəsində uçmuş məktəb binasının xarabalıqları altından 22 məktəbli cəsədi tapılıb. Sentyabrın 19-da, axşam saatlarında itkin düşmüş şəxslərin siyahısında ən azı 30 uşağın adı var.
“Biz ümumxalq miqyasında yeni fövqəladə vəziyyətlə üzləşmişik”, – Nyeto zəlzələdən sonra ölkə əhalisinə ilk müraciətində bildirib.
Dağıntıların təmizlənməsi və insanların xilas edilməsi işlərində minlərlə əsgər, xilasedici, sadə vətəndaş, o cümlədən də tələbələr iştirak edir.