Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi
Paylaşmaq
Paylaşmaq
Milli Məclisin üzvü, Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi. Müvafiq sərəncamı, fevralın 21-də Azırbaycanın prezidenti İlham Əliyev imzalayıb.
Ötən ilin sentyabrin 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər barədə referendum keçirilib. Digər dəyişikliklərlə yanaşı prezidentin səlahiyyətlərinin beş ildən yeddi ilədək uzadılması, dövlət başçısı vəsifəsinə namizədin yaş həddinin aşağı salınması və iki vitse-prezident vəzifəsinin təsis edilməsi barədə qərarlar qəbul edilib.
Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk edəcəyi halda, yeni prezident seçkiləri keçirilənədək, qıbul edilmiş düzəlişlərə əsasən, prezident səlahiyyətləri əvvəl olduğu kimi baş nazirə yox, birinci vitse prezidentə veriləcək. O, həmçinin dövlətin adından beynəlxalq sənədləri imzalamaq səlahiyyəti əldə edir.