Maşınlardan siqnal səsi gəlirdi və hamı onların arxasınca baxırdı.
71 yaşlı Qennadiy Redkozubov və 85 yaşlı Yelena Qvasaliya həyatlarını birləşdirdilər. Yəqin ki, bu cütlük hal-hazırda Abxaziyanın eyni zamanda həm ən gənc, həm də ən yaşlı evli cütlüyüdür. Gəlin velür paltar geyinmişdi və əlində gül dəstəsi tutmuşdu. Bəy isə qəşənq ütülənmiş köynək geyinmişdi. “ Bu da bizim bütün toy hazırlığımız, – onlar gülümsəyirdilər.
Toyda Mendelson marşı çalınmadı. Güman ki, böyük zalda təntənəli məclisin keçirilməsi əlavə pul tələb edir. Jurnalistləri isə gəlinlə bəyin nigahlarını qeydiyyata aldığı kabinetə buraxmadılar.
Budur onlar öz evlərinə – qocalar evinə -gedirlər. Hər şey əsl toydakı kimi idi: maşınlar siqnallayırdı, ətrafdan keçənlər isə maraq dolu nəzərlərini qocalar evinə zilləmişdi. Onlar qocalar evində nə baş verdiyini anlamağa çalışırdılar.
Yaxınlıqdakı ərazinin həkimləri yeni evliləri görmək üçün sözün əsl mənasında işdən qaçıb gəlmişdilər. Onlara baxmaq üçün nəinki qocalar evinin işçiləri, hətta qonşu infeksiya xəstəxanasının həkimləri də gəlmişdi.
Qocalar evinin yeməkxanasında isə gənc cütlüyü şarlarla, güllərlə bəzədilmiş gözəl ziyafət gözləyirdi. Masaların üzərinə müxtəlif təamlar və eyni boşqablar qoyulmuşdu. Yəni, hər şey əsl toyda olduğu kimi idi.
Gəlinlə bəyin masası isə adət -ənənəyə uyğun olaraq bütün maslardan ayrı idi.
Yelena Qvasaliya : “ Mənim həyatım çox çətin olub. Biz Qanaxleb kəndində yaşayırdıq. Anam xəstə idi, mən hər şeyi atıb ona baxmağa məcbur oldum, Elena göz yaşları içində danışır. Əri onun əlinindən tutub Yelenanı sakitləşdirməyə çalışır. Və o, sakitləşir!
“ Sonra mən ailə həyatı qurdum. Ərimlə iyirmi il ömür sürdüm. Sonra o öldü, və mən tək qaldım. Mən daha sonra yenidən ərə getdim, lakin o həyat yoldaşımı da itirdim. Uşağım yoxdur.
«Qocalar evinə üç il əvvəl yerləşmişəm. Qennadi Anatoliyeviçlə yarım ildir ki tanışıq. Biz birlikdə gəzintiyə çıxırdıq, otururduq, sözhbət edirdik. Bir gün o, mənə evlənmək təklif etdi. O, mənə dedi ki, uzun zamandır qocalar evindədir və heç bir vaxt burda mənim kimi biri ilə qarşılaşmayıb. Toy qabağı mən çox həyəcanlı idim. Qorxurdum ki, birdən fikrini dəyişər və mənimlə evlənməkdən imtina edər.
“İlk dəfə ərə gedəndə mənim toyum olmamışdı. Çünki, ərimin ailəsi çox böyük idi, onların toy etməyə maddi cəhətdən imkanları yox idi. Ancaq bu gün mənim toyum olur.. Və mən çox xoşbəxtəm.
Qennadiy Redkozubov : “ Mən çox xoşbəxtəm, çünki illərdi axtardığımı qocaldıqda tapdım. Mənim bundan əvvəl evliliklərim olub, lakin heç birində xoşbəxt olmamışam. Bir oğlum var idi. O, maşın altında qalıb, öldü.
“Onu ilk dəfə gördüyüm gün hələ də yadımdadır. Balkona siqaret çəkməyə çıxmışdım. Onu gördüm. Skamyada oturub quşları yemləyirdi. O mənim çox xoşuma gəldi. Gördüm ki o çox yaxşı qadındır və ikimiz də tənhayıq. Ona dedim ki, gəl evlənək və birlikdə yaşayaq. Uşağımız yoxdur, özümüz üçün yaşayaq. Bizi tənhalıq birləşdirdi.
Bunlar isə qocalar evindəki dost –tanışlarımızıdr.
Daha sonra onlara ayrıca otağın verilməsini xahiş etmək üçün qocalar evinin direktorunun yanına gəldilər. Xoşbəxtlikdən onlar üçün böyük və rahat otaq tapıldı. Otaqda hər şey çox rahatdır. Hətta televizor da var. Bu rahatlığı onlar üçün qocalar evinin direktoru Anna Poskannaya yaradıb. Onun sözlərinə görə toyun pulunu yarı-yarıya ödəyiblər çünki, toyun bütün xərclərini qarşılamağa qocalar evinin gücü çatmayıb.
Yeni evliləri hərk kəs ayrılıqda təbrik etdi. Onlara ailə xoşbəxtliyi, məhəbbət və can sağlığı arzuladılar. Hamı yedi, içdi, əyləndi. Gəlin və bəy isə bir –birinin qeydinə qalır və tort yeyirdilər.
Bax belə bir sevgi hekayəsi