Avropa Parlamenti 553 lehinə, 66 əleyhinə olmaqla Gürcüstan üçün vizasız rejimin tətbiq olunması haqda qərarı dəstəkləyib. Bu gün səhərdən Brüsseldə Avropa Parlamentinin plenar iclasında Gürcüstan vətəndaşları üçün vizasız rejimin requlyasiyasının qəbulu məsələsi müzakirə olunub.
Bugünkü səsvermə Gürcüstan üçün viza liberallaşması məsələsi ilə bağlı final səsvermə idi. Amma vizasız rejimin qüvvəyə minməsi üçün bir neçə proseduran həyata keçirilməsi lazımdır. Əsasən də yeni requlyasiya Avropa İttifaqı Şurası tərəfindən təsdiq edilməlidir.
Avropa Parlamenti prezidenti və Aİ-nin sədr-ölkəsinin XİN rəhbəri sənədi imzalayandan sonra sənəd rəsmi nəşrdə dərc olunmalıdır, bundan 20 gün sonra qüvvəyə minəcək. Güman ki, bu proseduralar martın sonu, aprelin əvvəlində başa çatacaq.
Viza liberallaşması ilə bağlı Gürcüstan və Aİ arasında danışıqlar 2012-ci ildən aparılır. Gürcüstan üçün viza liberallaşması ilə bağlı müsbət rəy Avro-komissiya tərəfindən 2015-ci ilin dekabrında dərc olunub. Amma qəti qərarın qəbul edilməsi Aİ-nin vizasız rejimin müvəqqəti dayandırılması mexanizminin işlənib hazırlanması ilə bağlı qərarı üçündən təxirə salınmışdı.
Rejimdən kim və necə istifadə edə biləcək:
Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.
90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş-gəliş imtiyazından məhrum olacaq.
Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.
Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.
Hansı halda vizasız rejim dayandırıla bilər?
Əgər Gürcüstan readmisiya məsələsində əməkdaşlıq etməzsə (Aİ-ə Gürcüstandan gəlmiş və deportasiya edilmiş öz və xarici vətəndaşların qəbulu).
Əgər sığınacaq axtaranların sayı hiss olunacaq qədər artarsa
Aİ sərhədini qeyri-leqal keçənlərin sayı kəskin artarsa.