Bu işə Əliyar hələ məktəbliykən başlamışdı. O, küçədə kədərli və yorğun sifətlər görməkdən bezmişdi. Buna görə də Əliyar iki qutu “Rafaello konfeti aldı (pulu azıydı) və yaşlılara və uşaqlara paylamağa başladı. Onların təəccüb dolu baxışları və təbəssümləri (həm də “Havayı?! və “Siz bunu nə üçün edirsiz? kimi şərhlər) onda xoş hisslər oyatdı. Bir qədər sonra iş yoldaşı daha ekoloji təmiz və faydalı məhsula – Yeni il əhvalının rəmzi olan mandarinlərə keçməyi təklif etdi.
Artıq neçə ildir ki, Əliyar dostları ilə birlikdə dekabrın 30-da dostlarıyla Fəvvarələr meydanında toplaşıb, uşaqlara və yaşlı insanlara mandarinlər paylayırlar.