Məşhur azərbaycanlı futbolçu dələduzluq ittihamı ilə məhkum olunub
Paylaşmaq
Paylaşmaq
Bakının “Neftçi” futbol klubu tarixində ən güclü hücumçulardan biri olan Maşalla Əhmədov xüsusi böyük ölçudə dələduzluq ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş futbolçunun işinə yanvarın 30-u Bakının xüsusi ağır cinayətlər üzrə məhkəməsində baxılıb. Dövlət ittihamçısı Əhmədova 9 il cəza istəmişdi, nəticədə hakim 8 il həbs cəzası kəsib. Əhmədov məhkəmə zalındaca həbs edilib.
Maşalla Əhmədov son sözündə deyib ki, o, özü fırıldaq qurbanı olub. “İş ortağımız vardı, biz onunla İrandan daş plitələri daşıyırdıq. Ancaq sözümüz düz gəlmədiyi üçün ayrıldıq. Ortağım [Yusif Əzizov] öz adamlarını başına yığdı başladılar məni şantaj etməyə. Bilmirəm, onlar məndən nə istəyirlər. Mən tanınmış adamam. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir” – APA agentliyinin məlumatında deyilir.
Maşalla Əhmədov bu iş üzrə 2015-ci ilin dekabrından etibarın istintaq altında idi. Kompensasiya olaraq Əhmədov zərərçəkən Əzizova 30 min manat və bir mənzil təklif etmişdi, amma o, bu təklifi rədd etmişdi.
– Maşalla Əhmədov 1977-ci ildən 1989-dək Bakı “Netçi”sində 260 oyun oynamış və 64 qol vurmuşdur. 1986-cı ildə futbol üzrə SSRİ Olimpiya yığma komandasına cəlb edilmiş və onun heyətində bir oyun oynamışdır.
– 2008-ci ildən etibarın “Netçi”dəki öz keçmiş komanda yoldaşı İsgəndər Cavadovla birgə Azərbaycan Regional Futbol Assosiasiyasında çalışır.