Kənd Təsərrüfatı Nazirliyi yeni amerikan kombaynlarının alınması haqda məlumat verib, indi də ölkə neft xammalı ölkəsindən pambıq xammalı ölkəsinə çevrilməyə hazırdır.
Elə həmin vaxt da köhnə sovet vaxtlarında olduğu kimi, dövlət işçiləri və tələbələri pambıq yığımına göndərdilər.
Qənaət ölçüsü
SOCAR prezidenti Rövnəq Abdullayev məişət qazının çatışmazlığı məsələsini qənaətlə həll etməyi təklif etdi. “Adətən soyuqlar düşəndə insanlar evlərini qazla isidir, amma istilər düşəndən sonra da qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayır, – deyə o şikayət etdi.
Alternativ etik ölçü
Kasıb dövlət işçilərinin bir az pul qazanmaq üsulu da tapıldı.
Deputat Hadı Rəcəbli aşağıdakı sözləri dedi: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir.
Estetik ölçü
Manatın məzənnəsinin düşməsi ilə bağlı problem də həll olunub. Daha bir deputat Siyavuş Novruzov tərəfindən.
Deputatın təklifi: “Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində onun portreti olmalıdır.
Ondan başqa kim olmalıdır axı? Bundan bir qədər əvvəl Novruzov şəbəkədə iftira və provokasiyalarla bağlı problemin həllinin daha, bir o qədər qüsursuz üsulunu təklif etdi, yuzerlər hər şərhdən əvvəl şəxsiyyət vəsiqəsinin məlumatlarını qeyd etməlidir.
Səyavuş Novruzov deputat, maliyyə mütəxəssisi, İT mütəxəssisi və sadəcə yaxşı adamdır.