90-cı illərdə Bakıda striptiz klublar var idi. 2010-cu illərdə Buzovnada alkoqol yoxdur.
Nə üçün 30-cu illəri qaytaranlar 90-ci illəri qaytarmaq istəyənlərin üstünə hücum çəkir?
Bizim dövrdə Stalini tənqid etmək qəddar, iyrənc, əclaf, lakin artıq çoxdan ölmüş şamanı ayağı yalın təpikləmək kimi qəhrəmanlıq hesab oluna bilər.
Azərbaycan demokratik ölkədir. Burda hər kəs Torqoviy küçəsinə çıxıb “Putin ****llax deyə bilər.
Məndən tez-tez soruşurlar ki, nə etməli? Harri Potterdən ibrət götürün. Qorxu hissindən qurtulmaq üçün o, sıx-sıx Volandemortun adını çəkərdi. Gerisi yadınızdadır.
Hər hansı bir qərarı dəstəkləmədən öncə yadınıza düşsün ki, biz onların qəbul olunma mexanizmlərindən uzaqlaşdırılmışıq.
Azərbaycanda tanklar, təyyarələr, pilotsuz uçuş apparatları var. Lakin döyüş avatarları Azərbaycanda hər şeydən çoxdur.
Mən əminəm ki, hər şey yaxşı olacaq. Qiymətlər əvvəlki kimi olacaq. Şaurma da yenidən 2000 manat olacaq.
Bəzən uzunqulaq şıltaqlığına salardı və getməzdi. Onda Nəsrəddin çubuğa kök bağlayıb həmin çubuğu heyvanın ağzı qarşısında tutardı. Başlıqları oxuyuram: “Azal aviaşirkəti qiymətləri endirəcək, “Güclü devalvasiya olmayacaq, “…gözlənilən islahatlar planlarında…
Hərdən elə olur ki, oturduğun yerdə birdən birə nə isə ekzotik bir şey düşür könlünə. Ya banan dondurması, ya greypfrutlu qlintveyn, ya da ölkənə görə qürur hissi.
Onlar bulvarda öpüşənləri təqib edəndə mən susdum. Axı mən öpüşmürəm. Onlar şortiki təqib edəndə də mən susdum, məndə yalnız bridcilərdir. Onlar zarafatcıl insanları təqib etməyə başlayanda, mən – aaaaa… əlinizi çəkin, əlinizi yığışdırın!
İki yüz il bundan öncə bəylər bandit, müəllimlər isə maarifçi olub. Bu gün hər şey tam əksinədir.