Bu gecə Londonda şəhər məscidlərindən birinin qarşısında furqonlu maşını insan kütləsinin üzərinə sürüblər. Nəticədə bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Avtomobili idarə edən 48 yaşlı kişi saxlanılıb və polisə təhvil verilib. İnsident zamanı o, bütün müsəlmanları öldürəcəyini qışqırırmış.
Polis baş verən olayı potensial terror aktı kimi nəzərdən keçirdiyini bildirib. Eyni zamanda hücum edən şəxsin psixiatrik ekspertizadan keçirilməsi nəzərdə tutulub.
Baş nazir Tereza Mey kabinetin təcili toplantısının keçiriləcəyini bəyan edib.