“Kəndi övladlığa götür”
“Kəndi övladlığa götür layihəsi start götürüb. İlk övladlığa götürülən kənd Areni, ilk himayədar Yeni Zelandiya, daha doğrusu bu ölkənin erməni icmasıdır.
“Övladlığa götürmək o deməkdir ki, diaspor bu kəndə göstərilən köməyi koordinasiya edəcək. Bu bilavasitə maliyyə yardımının göstərilməsi deyil, dəstəyə ehtiyacı olan kəndlilərlə bu yardımı göstərə biləcək təşkilatlar arasında əlaqələrin qurulması olacaq. Bundan başqa, ayrı-ayrı xeyriyyəçilər tərəfindən pul və ya digər köməyin göstərilməsi də istisna olunmur.
“Söhbət korrupsiya üçün zəmin yarada biləcək iri maliyyə layihələrindən getmir. Bu, mikrolayihələr olacaq və onların böyük hissəsi nağd pulla bağlı olmayacaq, amma diasporla kəndlər arasında bilavasitə münasibətlər quracaq, – layihənin mahiyyəti onun rəsmi saytında bu cür izah olunur.
Yəni layihə ancaq kəndlərin inkişafına deyil, həm də vətənlə diasporlar arasında daha sıx əlaqələrin qurulmasına xidmət edəcək. Vətəninə kömək etmək istəyən bir çox xaricdə yaşayan ermənilər nədən başlayacaqlarını, Ermənistanın daha çox nəyə ehtiyacı olduğunu bilmirlər. Bu, onlar üçün öz tarixi vətənlərinin inkişafına töhfələrini vermək üçün real şansdır. Və ölkə əhalisinin daha zəif hissəsi olan kənd sakinlərinin rifah səviyyəsini qaldırmaq mümkün olsa, bu qiymətsiz bir xidmət ola bilər.
Layihə kənd təsərrüfatının şaxələndirilməsinə, mütəxəssislərin o cümlədən də marketinqə öyrədilməsinə köməyi nəzərdə tutur. Fəaliyyətin vacib hissələrindən biri kəndlərin həm kənd təsərrüfatı avadanlığı, həm də informasiya texnologiyaları ilə texniki təchizatı olacaq. Və ən əsası, “Kəndi övladlığa götür turizmin inkişafı üçün imkanların yaradılmasını nəzərdə tutur.
Bu layihənin məqsədlərini izah edən proqram sənədində bildirildiyi kimi, o həm kiçik, həm də böyük kəndlərə kömək edəcək. Koordinasiyanı asanlaşdırmaq üçünsə diaspor iri kəndlə işləyəcək, onun başçısı isə ətraf xırda məskənlərə görə cavabdeh olacaq. Areni kəndinin “övladlığa götürülməsinin pilot layihəsi müvəffəqiyyətli olsa, layihə ölkənin bütün ərazisində işini davam etdirəcək. Və artıq məlumdur ki, hansı iri diaspor Ermənistanın bu və ya digər regionuna himayədarlıq edəcək.
“Övladlığa götürmək ideyası layihənin müəllifi Len Uiksdə o Ermənistana gələndən sonra yaranıb. Birincisi, o kənd sakinlərinin ağır həyatını gördü və bundan başqa turistlərin cəlb edilməsi mümkün olan yerləri, gəzdi, sadəcə onları bunun üçün lazımi hala salmaq lazımdır.
Layihə müəllifi hesab edir ki, bu ideyanın uğurlu realizəsi, həm maliyyələşdirmə, həm də təqdim olunan vəsaitlərin istifadəsinin tam şəffaflığı xaricdən böyük sərmayələr cəlb edə bilər. Axı sərmayələrin cəlb edilməsi üçün tərəqqi, şəffaflıq və etimad mütləqdir. Sərmayədarlar buna daha böyük ehtiyacı olan sahələrə də pul yatıra bilərlər, bu da öz növbəsində ölkə üçün vacib olan iş yerləri yaradacaq.
Bəs Ermənistan üçün bu qədər böyük iş görmək istəyən Len Uiks kimdir? O, özü haqqında deyir: “Mən Yeni Zelandiya və Avstraliya vətəndaşıyam, erməni xanımla evliyəm, o da mənə Ermənistan və onun tarixi haqqında danışıb. Öz kəşfini o “Mənşə. Kəşf romanında yazıb. Bu roman erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunub. Hazırda Uiks romanının ekranlaşdırması üzərində işləyir.