30 aprel 2016-cı ildə “Park Bulvar ticarət mərkəzində Bakıda ilk qraffiti festivalı keçirildi. Bu, rayterlər [qraffiyi, yəni divarlarda böyük şəkil və yazılar çəkən rəssamlar] arasında keçirilən ilk yarışma deyil, amma onların hamısı qeyri-rəsmi səviyyədə keçirilib. Bu dəfə tədbir “Urban Art şirkəti tərəfindən təşkil olunub, tam anşlaqla keçib və hətta mətbuatda işıqlandırılıb.
Bina divarlarında şəkil çəkmək qanunla qadağan edilir, buna görə də ticarət mərkəzinin administrasiyası xüsusi olaraq bu məqsəd üçün avtomobil parkinqində yer ayırdı.
Altı rəssam günorta işə başlayıb, axşam saat 6-da bitirdilər, bundan sonra da Bakı andeqraundunun bütün “qaymaqlarının iştirakı ilə qonaqlıq keçirildi. “Qaymaqlar pirsinq taxır, saçlarını bütün mövcud rənglərə boyayır və breyk oynayırlar, yəni tineycerlərə tanış bütün üsullarla dünya mədəniyyətinə inteqrasiya olunurlar.
Səsvermənin nəticələrinə görə qalib Sumqayıtlı rayter Ayefes oldu. O, Sankt-Peterburqda keçirilən açıq səma altında kütləvi hip-hop iventi olan “V1 festivalına səfər qazandı.