Bakının mərkəzində – Fəvvarələr meydanında “Kriminal dövlət istəmirik” şüarı altında etiraz aksiyası baş tutub. Aksiya son zamanlar tanınmış müxalif siyasətçilərə, ictimai fəallara və jurnalistlərə qarşı törədilən zorakılıq faktlarından sonra 20 nəfərdən çox ictimai və siyasi fəal tərəfindən təşkil edilib.
Jurnalist Aytən Məmmədovaya qarşı bıçaqlı təhdiddən sonra 23 nəfər ictimai və siyasi fəal Bakıda etiraz aksiyası keçirmək qərarına gəlib. Bu qərarın qəbul edilməsinə tək bu hadisə yox, digər tanınmış müxalif siyasətçilərə və ictimai fəallara qarşı ardıcıl baş verən zorakılıq faktları da təkan verib.
Bakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTV
Aksiyadan əvvəl saxlanılanlar
Aksiya başlamazdan bir neçə saat əvvəl polis əməkdaşları şəhərin müxtəlif ərazilərində aksiya təşkilatçılarından bir neçəsini saxlayıb. Onlardan üçü Bakıdan yüzlərlə kilometr məsafəyə uzaqlaşdırılıb və orada sərbəst buraxılıb.
Bakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTVBakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTVBakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTV
Beləliklə, siyasətçi Ruslan İzzətli sosial şəbəkələr vasitəsilə bildirib ki, onu paytaxtdan 120 kilometr uzaqlıqda boş ərazidə buraxıblar. Daha iki aksiya təşkilatçısı ölkənin cənub bölgəsinə aparılaraq, orada azad edilib.
Daha 26 fəal aksiya təyin olunan məkanın bilavasitə yaxınlığında saxlanılıb və polis şöbəsinə aparılıb. Onlar aksiya başa çatandan az sonra buraxılıblar.
Bakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTV
Aksiya baş tutub
Polis aksiya iştirakçılarını sıx mühasirəyə alıb və Fəvvarələr meydanından Daxili İşlər Nazirliyinə qədər təyin olunmuş marşrut üzrə yürüş etməyə imkan vermək istəməyib.
Bakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTV
Saxlanılmamış aksiya təşkilatçıları ilə polis arasındakı təxminən yarım saatlıq danışıqlardan sonra etirazçılara DİN binası istiqamətində irəliləməyə icazə verilib, amma onlar nazirlik binasına təxminən 100 metr qalmış dayandırılıblar.
Bütün bu müddət ərzində aksiya işrirakçıları polisin yaratdığı sıx çevrənin içində qalıblar. Etirazçılar aksiya təşkilatçılarının hazırladığı bəyanatı da elə “mühasirədə” oxuyublar. Onlar siyasi və ictimai fəallara, jurnalistlərə qarşı törədilən cinayətlərin ədalətlə araşdırılmasını tələb ediblər.
Bakıda etiraz aksiyası. 14 may 2022. Foto: ToplumTV