Bu il əfsanəvi gürcü idman şərhçisi Kote Maxaradzenin 90 yaşı tamam olacaqdı. Bu tarixin şərəfinə Sankt-Peterburqda onun haqqında “Mikrofonsuz reportaj adlı kitabın yeni tamamlanmış və yenidən işlənmiş nəşri buraxılıb. Kitaba “Kote Maxaradze dostlarının və həmkarlarının xatirələrində fəsli əlavə edilib.
Rusiyalı yazıçı Viktor Şenderoviç JAMnews-la Kote Maxaradze haqqında xatirələrini bölüşüb:
“Gələcəkdə əfsanəyə çevriləcək Kote Maxaradze o vaxt Tbilisidə Rustaveli adına teatrda işləyirdi, eyni zamanda başqa yerlərdə konferansye kimi çalışırdı. Ən sevdiyi tamaşa isə partizanlara həsr olunan ən qısa tamaşa idi.
Hardasa axşam saat səkkizin yarısında faşist rolunu oynayan Kote Maxaradze partizan gülləsi ilə kürəyindən yaralanır, qışqıraraq kulis arxasına uzanır, sonra tələsik qaçıb, faşist paltarını adam libasına dəyişir, “xalturaya qaçırdı.
Bir dəfə də “partizanlar sözləşirlər və Maxaradze gülləni kulisin yanında kürəyindən deyil, dekorasiyaların ortasında sinəsindən alır. Yerə uzanmaqdan başqa da bir çarəsi qalmır. Səhnə uzundur. Konsert isə iyirmi dəqiqə sonra başlamalıdır. Partizanlar da görür ki, faşist ölməyib, yaralanıb. İnildəyə-inildəyə kulis arxasına tərəf sürünür! Partizanlar onun başından daha bir neçə güllə vururlar, xeyri olmur. Canıbərk faşisti avtomatdan açdıqları atəşlə aşsüzənə döndərirlər, o isə kulisə tərəf sürünməkdə davam edir – faşistin yaşamaq eşqi nəhəng imiş!
Bu zaman qoca partizan – əfsanəyə görə, bu dahi Serqo Zakariadze imiş – sürünən faşisti kulis arxasına çatmağa azca qalmış yaxalayıb, yolunu kəsir. Gənc faşist Maxaradzenin başı korifeyin çəkməsinə dəyəndə, uzanıb qalır. Zakariadze onun yanında çöməlib, faşistin saçından tutub, başını qaldırır, üzünə baxır və mənalı-mənalı deyir: “Öldü.
Maxaradze də səhnə bitənə qədər orada uzanıb qalmalı olur.
“Mikrofonsuz reportaj kitabı “Humanitar Akademiya Nəşriyyat mərkəzi tərəfindən buraxılıb, “Kote Maxaradze dostlarının və həmkarlarının xatirələrində fəslinin müəllifləri Valeri Asatiani, Oleq Basilaşvili, Kirill Nabutov, Aleksandr Nilin, Nadejda Ozerova (Kote Maxaradzenin qızı), Gennadi Orlov, Arkadi Ratner, Aleksey Samoylov, Ernest Serebrennikov, Nikita Simonyan, Camlet Xuxaşvili, Tengiz Paçkoriya, Mamuka Kvaratsxeliya, Viktor Şenderoviçdir.