Korrupsiya Qavrama İndeksi-2016: Rusiya geriləyib, Ukrayna öz yerindədir
Transparency International beynəlxalq təşkilatı Korrupsiya Qavrama İndeksini (CPI) – dünyanın müxtəlif ölkələrində korrupsiya səviyyəsini qiymətləndirən illik araşdırması – dərc edib. Qiymətləndirmənin əsas meyarı ekspert və iş adamlarının korrupsiya qavrayışıdır.
Ölkə indeksdə nə qədər aşağıdadırsa, onun korrupsiya qavrayışı bir ö qədər yüksəkdir.
2016-cı ilin yekunlarına görə Rusiya indeksdə Ukrayna və Qazaxıstanla birlikdə 176 ölkə arasında 131-ci yeri bölüşür.
2015-ci ilin indeksilə müqayisədə Rusiya 119-cu yerdən 131-ci yerə düşüb, amma ekspertlərin verdikləri balların sayı faktiki olaraq dəyişməyib (100-dən 29). Reytinqdə geriləmənin səbəbi isə bu il dəyərləndirmənin daha çox ölkədə aparılması ilə bağlıdır.
Analoji olaraq Azərbaycan (119-dan 123-ə), Ermənistan (85-dən 113-ə) və Türkiyə (66-dan 75-ə) də reytinq cədvəlində geriləyib. Hərçənd onlara verilən ballar ötən ilki ilə praktiki olaraq eynidir.
Ukraynaya verilə ballar və bu ölkənin reytinq cədvəlində tutduğu yer demək olar ki, dəyişməyib (130-dan 131-ə)
Eyni zamanda Gürcüstan reytinqdəki mövqeyini 4 pillə yüksəldib (48-dən 44-ə), bal göstəricisini də yaxşılaşdırıb (52-dən 57-ə).
Post-sovet məkanında korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkə 22-ci yeri tutan Estoniyadır. Post-sovet məkanının ən korrupsiyalaşmış ölkəsi isə 151-ci yerdə qərarlaşan Özbəkistandır.
CPI-2016 nəticələrinə görə birinci yeri Danimarka və Yeni Zelandiya (hər ikisi 90 bal) bölüşür, ikinci yeri Finlandiya (89 bal), üçüncü yeri isə İsveç (88 bal) tutur.
Reytinqin autsayderləri Şimali Koreya (12 bal), Cənubi Sudan (11 bal) və Somalidir (10 bal). Liderlərin və autsayderlərin tərkibi ötən illə müqayisədə demək olar ki, dəyişməyib.