Koronavirusun xronikası və epidemiya zonasında tərk edilən ev heyvanlarının necə xilas edilməsi haqda hekayə
Koronavirusun xronikası
Bazar ertəsi, fevralın 10-u səhər saatlarına olan məlumata əsasən, bütün dünyada 40,536 koronavirusa yoluxma halı təsdiqlənib. Yoluxma hallarının mütləq əksəriyyəti Çinin Xubay əyalətinə aiddir.
Bu gün virusdan 910 nəfər tələf olub, 3,378 nəfər sağalıb.
Xəstəliyin yayılmasını bu onlayn xəritədən izləmək mümkündür.
Yüzlərlə insanın ölümü və on minlərlə insanın təhlükədə olması diqqət mərkəzindədir. Amma Britaniyanın “Daily Mail ” qəzeti başqa bir hekayə də danışıb. Koronavirus yalnız yüzlərlə insanın yox, həm də epidemiyanın yayıldığı Çinin Uhan şəhərində ev heyvanlarının da tələf olmasına səbəb olub.
• Koronavirus: dünyada hadissələr necə inkişaf edib?
İtlər, pişiklər və dağsiçanları evdə necə təkbaşına, yeməksiz və susuz qalıblar?
Uhan şəhərinin sakinləri sadəcə bir-iki günlük evdən gediblər ki, Yeni ili qohumları ilə qeyd etsinlər, amma geriyə qayıda bilməyiblər.
Şəhər koronavirus epidemiyası üzündən karantinə bağlanıb və 50 minə yaxın müdafiəsiz pişik, it və digər ev heyvanları sahibsiz qalıb.
Könüllülər onların köməyinə gedib. Xeyirxah insanlar heyvanları qaçılmaz ölümdən qurtarmağa çalışır. Bir çox heyvan sahibləri şəhərdə qapalı qalan insanlar arasında könüllülər axtarır və ac qalan heyvanlarını yemləmək üçün onların evlərinə getməyi xahiş edirlər.
“Mən də daxil olmaqla bizim komandamızdakı könüllülər yanvarın 25-dən bəri mindən çox ev heyvanını xilas ediblər. Bütün bu günlər ərzində mənim telefonum heç susmur. Mən zor-güc yata bilirəm”, – bu könüllülərdən biri, 43 yaşlı Mao deyir.
Şayiələr və təşviş
Bir ara Çin sosial şəbəkələrində ev heyvannlarının infeksiya daşıyıcısı ola biləcəyi haqda yazmağa başladılar. Bundan sonra heyvanları müdafiə qrupları bildirdilər ki, cəəmi bir həftə ərzində küçələrdə atılmış pişiklərin və itlərin sayı artıb.
Bundan başqa, sosial şəbəkələrdə heyvanların öldürüülməsi haqda məlumatlar getməyə başladı.
Xəstələnənlərin sayına görə ikinci yerdə olan Syuçanda daha da irəli getmək qərarına gəliblər. Orada hakimiyyət itlərlə küçəyə çıxmağı qadağan edib. Qadağaya əməl etməyənlərin heyvanlarının öldürüləcəyini bildiriblər.
Bəzi heyvan sahibləri onları dörd divar arasına qapada bilməyib və onlar üçün xüsusi maskalar almağa başlayıblar. Bəziləri isə bu maskaları özləri düzəltməyə başlayıblar.
“Mən qorxuram ki, qonşularım itimə nifrət edəcək. Mən ev heyvanları üçün heç bir maska tapa bilmədim, buna görə də kağız stəkandan özün düzəltdim”, – pudel sahibi Beycinq Van Fenyün danışıb.
Ümumdünya Səhiyyə Təşkilatının bəyanatı: ev heyvanları təhlükəli deyil
“Ümumdünya Səhiyyə Təşkilatı itlərin və pişiklərin yeni koronavirusa yoluxa biləcəyini təsdiqləyən heç bir sübutun olmadığı haqda bəyanat yayıb. Virus mənbəyi tam başqa yerdədir – çirkli sənaye fermalarında, qəssabxanalarda və ət bazarlarında”, – Çinin PETA Asia heyvan haqları müdafiə təşkilatının mətbuat katibi Kit Qo bəyan edib.