Ötən sutka ərzində Azərbaycanda koronavirusdan daha iki nəfər ölüb, onlardan biri 52 yaşlı həkimdir. O, COVID-19 virusunun qurbanı olan artıq dördüncü həkimdir.
Bu günə qədər ümumilikdə Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxub. Onlardan çoxu kiçik və orta personaldır.
Həmçinin sutka ərzində 106 yeni yoluxma halı qeydə alınıb, 59 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya görə, hazırda yoluxanların ümumi sayı 3855 nəfərdir, onlardan 46 nəfər ölüb, 1410 nəfər isə sağalıb.
Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərargahda hesab edirlər ki, yaxın günlərdə sağalanların sayı artacaq. Onlar ötən həftə, yoluxmaların pik zamanı daxil olan xəstələrin sağalmağa başlaması əsasında bu nəticəyə gəliblər.