• 2019-cu ilin dekabrında mərkəzi Çində ilk yoluxma halları qeyd ediləndən martın 7-i səhər saatlarına qədər olan məlumata görə, dünyada koronavirus xəstələnənlərin sayı 102,188 nəfərə çatıb.
• onlardan 3,491 nəfər ölüb.
• 57,389 nəfər isə sağalıb.
Ən çox beş ölkə ziyan çəkib – Çin, Cənubi Koreya, İran, İtaliya, Yaponiya:
• Ermənistanda bir yoluxma halı təsdiqlənib. Yoluxmuş şəxs İrandan gəlib. Ermənistan İranla viza rejimi tətbiq edib, məktəblər və uşaq bağçaları bağlanıb.
Neft hasilatının və dəyərinin fövqəladə azalması; aviaşirkətlər fəaliyyətini dayandırır
• Növbəti layner karantin altına alınıb, bu dəfə San-Fransisko sularında. “Grand Princess” gəmisinin göyərtəsində 3 min nəfər insan var, onlardan 21 nəfərində koronavirus təsdiqlənib.
• ABŞ-da Stanford da daxil olmaqla bir neçə universitet tədrisi onlayn rejimə keçiriblər.
• Bir çox ölkələrdə qlobal forumlar təxirə salınıb, əyləncə mərkəzləri, teatrlar, kinoteatrlar, kilsələr, məscidlər və digər dini mərkəzlər bağlanıb. Bir çox sərhədlər bağlanır və ya məhdudiyyətlər tətbiq edilir. İnsanlar əvvəldən planlaşdırdıqları səfərləri təxirə salırlar. Aviaşirkətlər o dərəcədə böyük ziyana məruz qalırlar ki, bəzilərində əməkdaşlara öz hesablarına məzuniyyətə çıxmaq təklif olunub.
• Neftin dəyəri 9 faizdən çox ucuzlaşıb, bu, son üç ildə ən aşağı səviyyədir. Neft və neft məhsullarına tələbat kəskin azalıb. Neft İxran edən Ölkələr Birliyinin lideri olan Səudiyyə Ərəbistanı əsas müttəfiqi Rusiyaya 2020-ci ilin sonuna qədər əvvəlcədən elan olunmuş istehsalın azaldılmasını 2,1 milyon barrelə qədər endirməyi, sonra isə gündə 1.5 barrelə çatdırmağı təklif edib.
• Amma Rusiya planı dəstəkləməkdən imtina edib və bununla da Neft İxrac edən Ölkələr Birliyi ilə üç illik alyansının gələcəyini sual altına qoyub.
Mona Liza tibbi maskada. Barselona. İspaniyada koronavirusa yoluxanların sayı artır. 2020-ci il martın 7-i səhər saatlarına qədər 401 yoluxma halı təsdiqlənib. REUTERS/Nacho Doce