Koronavirus: martın 3-ə olan mənzərə. Əsas faktlar və rəqəmlər
Əsas mənbə: BBC və Ümumdünya Səhiyyə Təşkilatı
• “Dünya indiyə qədər məchul olan əraziyə ayaq basıb, amma [koronavirusun] qarşısını ala bilərik, əgər hamı cəld, doğru, ən əsası isə preventiv tədbirlər görsə”, – Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adxanom Qebreyesus bildirib.
• “Dünyanın bəzi ölkələrində yayılan stiqma və panika xəstəliyin özündən daha qorxuludur”, – Qebreyesus deyib.
• Martın 3-ə qədər dünyada koronavirusdan ölənlərin sayı – 3,125 nəfərdir. Qurbanların 90 faizindən çoxu Çindədir.
• Amma martın 2-də bir sutka ərzində Çin hüdudlarından kənarda yeni koronavirusa yoluxma halları Çinin özündəkindən doqquz dəfə çox qeydə alınıb.
• Ümumilikdə 90,930 xəstələnmə halı bütün dünya üzrə martın 2-də səhər saatlarına qədər kliniki olaraq təsdiqlənib. 76 ölkə və ərazidə virus yayılıb.
• Bütün dünyada 48,142 nəfər sağalıb.
• Koronavirusun dünyada yayılması statistikasını buradan izləmək mümkündür.
• Martın 2-ə olan statistika və faktlar – burada.
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus dünyada və Qafqazda. Hadisələrin xronologiyası
• Çində bir sutka ərzində 42 yeni ölüm halı qeydə alınıb, hamısı epidemiyanın yayıldığı Xubey əyalətindəndir. Dünyada koronavirusdan ölüm hallarının 90 faizi məhz orada qeydə alınıb. Bir sutka ərzində Çində 206 yeni yoluxma halı aşkarlanıb, bu, yanvarınn 22-dən bəri ölkədə qeydə alınan ən az statistikadır. Mütəxəssislər bildirirlər ki, bu, virusun yaylmasına qarşı həyata keçirilən fəal qabaqlayıcı işin nəticəsidir.
• Çindən sonra hələ də Cənubi Koreya, İtaliya və İran liderlik edirlər. Yaponiyada xəstəlik statistikasının yüksəlməsi narahatlıq doğurur.
Əgər Çində koronavirus xəstəliyinin səviyyəsi azalırsa, Çin hüdudlarından kənarda statistika əksinə, kəskin artır. Qrafikdə Ümumdünya Səhiyyə Təşkilatının fevralın 22-dən martın 2-ə qədər olan məlumatları əks olunub.
• İtaliyada xəstəlik hallarının sürətli artımı davam edir – artıq 2,036 nəfərə çatıb. Martın 2-də bir sutka ərzində ölənlərin sayı 34 nəfərdən 52 nəfərə yüksəlib.
• İrandakı vəziyyət beynəlxalq aləmdə narahatlıq doğurur, çünki hakimiyyətin real statistikanı gizlətməsi ehtimalı var və əslində statistika elan olunandan daha yüksək ola bilər. Burada bir sutka ərzində 12 nəfərin öldüyü bildirilir, indi rəsmi məlumata görə ölənlərin sayı 66 nəfərdir. Eyni zamanda İranın Ali Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi də ölənlər arasındadır. Bir neçə yüksək vəzifəli şəxs virusa yoluxub və hazırda xəstəxanadadır.
• Amma İran prezidenti Həsən Ruhani bəyan edib ki, şəhəri təcrid etmək planı yoxdur. Hətta ən çox koronavirus yoluxmasının qeydə alındığı dini mərkəz olan Qum şəhəri də bağlanmayıb. Üstəlik orada yüzlərlə insanın toplaşdığı dini ziyarətgahar da fəal işinə davam edir.
• Azərbaycanda üç təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onların hamısı İrandan gəlib. Azərbaycan İranla sərhədi bağlayıb. Bütün ölkədə ali və orta məktəblər, bağçalar bağlanıb. 200 nəfərdən çox insan karantin altındadır və onlar dəhşətli antisanitariya, elementar şərtlərin, hətta sabun və antiseptik vasitələrin olmamasından şikayətlənirlər.
• Ermənistanda bir yoluxma halı təsdiqlənib. Yoluxmuş şəxs İrandan gəlib. Ermənistan İranla viza rejimi tətbiq edib, məktəblər və uşaq bağçaları bağlanıb.
• Gürcüstanda üç yoluxma halı təsdiqlənib. İki kişi İrandan, bir qadın isə İtaliyadan gəlib. 40 nəfər karantin altındadır. Gürcüstan İranla sərhədi bağlayıb, məktəblərin və uşaq bağçalarının fəaliyyəti dayandırılıb.
• Cənubi Koreyada artıq 4,812 nəfər virusa yoluxub. Son sutka ərzində daha iki nəfər ölüb və ölənlərin ümumi sayı 28 nəfərə çatıb. Onların yarısından çoxu xristian sektasının üzvləridir, mütəxəssislərin fikrincə, məhz bu sekta virusun yayılmasına səbəb olub, çünki zamanında yoluxma haqda məlumat verməkdən imtina edib. Sekta liderlərinə qarşı cinayət işi qaldırılıb. Cənubi Koreyada bütün dinlərə aid məbədlər bağlanıb.
• ABŞ-da bir sutka ərzində daha dörd nəfər ölüb, nəticədə ölənlərin ümumi sayı altı nəfərə çatıb. Xəstələrin sayı 103 nəfərdir.
• Avropa Xəstəliklərə Nəzarət Mərkəzi Avropa İttifaqında risk səviyyəsini “mötədil”dən “mötədildən yüksəyə doğru”ya yüksəldib.
• Fransada sutka ərzində təsdiqlənən yoluxma halları 61-ə çatıb. Xəstələrin ümumi sayı 191 nəfərdir. Bu günə qədər üç nəfər ölüb.
• Ümumdünya Səhiyyə Təşkilatının yeni analitik hesabatı dərc olunub. Hesabatda 44 mindən çox koronavirus yoluxması halı və Çində virusdan ölüm halları analiz edilib. Əsas nəticə: əsasən 60 yaşdan yuxarı, zəif və xəstə insanlar virusa yoluxur.