Koronavirus: İtaliya böhran içində. Dünyada və Qafqazda martın 10-a olan əsas faktlar və rəqəmlər
Əsas mənbə — CNN-in xüsusi icmalı.
•2019-cu ilin dekabrında mərkəzi Çində ilk yoluxma halları qeydə alınandan martın 10-u səhər saatlarına qədər olan məlumata görə dünyada 114,544 nəfər koronavirusa yoluxma halı qeydə alınıb.
•onlardan 4,026 nəfər ölüb.
•64,031 nəfər isə sağalıb.
•Dünyada koronavirusun yayılması statistikasını buradan izləmək olar.
İndiyə qədər ən çox 10 ölkə virusdan ziyan görüb:
Materik Çin: 80,754 yoluxma halı; 3,136 ölüm.
• İtaliya: 9,172 yoluxma halı, 463 ölüm.
• Cənubi Koreya: 7,513 yoluxma halı, 54 ölüm.
• İran: 7,161 yoluxma halı, 237 ölüm.
• Yaponiya: 1,210 yoluxma halı, 16 ölüm (“Diamond Princess” kruiz gəmisində qeydə alınan 696 yoluxma halı da daxil olmaqla).
• Fransa: 1,116 yoluxma halı, 30 ölüm.
• Almaniya: 1,112 yoluxma halı, 2 ölüm
• Birləşmiş Ştatlar: 728 yoluxma halı, 26 ölüm
• İspaniya: 647 yoluxma halı, 28 ölüm.
• Böyük Britaniya: 273 yoluxma halı, 5 ölüm
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar
Qafqazda vəziyyət
•Azərbaycanda 11 yoluxma halı qeydə alınıb, onların hamısı İrandan gəlib. Azərbaycan İranla sərhədi bağlayıb, bütün ölkədə ali və orta məktəblər, həmçinin uşaq bağçaları işləmir.
•Ermənistanda bir yoluxma halı qeydə alınıb. Yoluxmuş şəxs İrandan gəlib. Ermənistan İranla viza rejimi tətbiq edib, məktəblər və uşaq bağçaları başlıdır.
•Gürcüstanda 15 yoluxma halı qeydə alınıb. Onlardan ikisi İrandan, qalanlar isə İtaliyadan gəlib. Gürcüstan İranla sərhədi bağlayıb, məktəblərdə və uşaq bağçalarında tədris dayandırılıb. Gürcüstandakı vəziyyətlə – virus mənbələri və potensial təhlükə ilə bağlı təfərrüatlı icmala buradan baxmaq mümkündür.
Avropada yoluxma hallarının dramatik dərəcədə çoxalması, İtaliyada böhran
•Martın 10-dan koronavirusa yoluxma hallarının kəskin artması səbəbilə bütün İtaliyaya giriş və çıxışlar bağlanıb. Yalnız bir sutka ərzində 97 nəfər ölüb. Hazırda koronavirus səbəbilə ölənlərin sayı 463 nəfərə, xəstələrin sayı isə 9,172 nəfərə çatıb.
Ən çox ziyan çəkən şimal regionu Lombardiyanın böhran üzrə əlaqələndiricisi CNN-ə bildirib ki, Lombardiyanın səhiyyə sistemi xəstəxana yataqlarının boşaldılması üzrəsəylərə rəğmən “kollapsın bir addımlığındadır”.
•Fransanın mədəniyyət naziri Frank Rister koronavirusa yoluxub, hazırda o, evdə özünütəcrid rejimindədir.
Martın 9-da yalnız bir gün ərzində Fransada 286 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə xəstələrin sayı 1412 nəfərə çatıb, 30 nəfər bu virusdan ölüb.
•İspaniyada xəstələrin sayı artır. Ümumilikdə onların sayı artıq 1231 nəfərdir, 28 pasiyent ölüb. Martın 10-da yeni məhdudiyyətlər haqda bildirilib, bütün ölkə üçün hər növ təhsil müəssisələri və əyləncə mərkəzləri bağlanıb.
Cənubi Koreyada bir təşkilatın 50 əməkdaşı yoluxub
•Cənubi Koreyada, Seulda bir informasiya mərkəzinin 50 əməkdaşı birdən koronavirusa yoluxub. Bu, Cənubi Koreyada virusun yayılmasının ləngiməyə başlaması, hər gün daha az yeni yoluxma hallarının qeydə alınması fonunda baş verib.
Ümumilikdə burada 7513 nəfər xəstələnib, 45 nəfər bu virusdan ölüb.
Çindən xoş xəbərlər
•Çində, koronavirus epidemiyasının episentri olan Uhan şəhərində martın 10-da bütün xəstələr sağalıb evlərinə gedəndən sonra iki sonuncu “səhra” xəstəxanası bağlanıb. Uhan hələlik tam qapalı olaraq qalır, amma bu şəhərin paytaxtı olduğu Xubey əyalətində martın 10-dan tədricən hərəkət məhdudiyyəti aradan qaldırılır, hələlik yalnız əyalətin hüdudları daxilində.
Martın 9-da bir gün ərzində bütün Çində yaınız 19 yeni yoluxma halı qeydə alınıb. Onların 17-i Xubey vilayətindəndir. Az əvvəl hər gün yoluxanların sayı yüzlərlə ölçülürdü.
ABŞ – prezident Tramp təhlükə altındadır, hökumət üzvləri özünütəcrid rejiminə keçib
•ABŞ-da deyirlər ki, prezident Donald Tramp koronavirusa yoluxma riski qarşısındadır, baxmayaraq ki, Ağ Ev onun testdən keçməsinin lazım olduğuna israr edir. Trampın bilavasitə yaxın çevrəsindən olan şəxsin yoluxduğu təsdiqlənib, hökumətin bir neçə aparıcı üzvü, o cümlədən də Ağ Ev qərargahının rəisi Mark Midouz özünütəcrid rejiminə keçib.
ABŞ-da 755 koronavirusa yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb. Ölkədə bütün məktəblər onlayn tədrisə keçib, bir çox universitetlər də eyni addımı atıb.
•Amerikanın üç ən nəhəng maliyyə strukturu: Bill Qeyts Fondu, Wellcome və Mastercard koronavirus epidemiyası ilə mübarizəyə 125 milyon dollar ayırır.