Koronavirus: 2 mart səhər saatlarına olan mənzərə. Əsas faktlar və rəqəmlər
• Martın 2-də koronavirusdan ölənlərin sayı 2 min nəfərə çatıb.
• Martın 2-i səhər saatlarınna olan məlumata əsasən ümumilikdə 88,360 yoluxma halı klinik olaraq təsdiqlənib. 67 ölkə və ərazidə yoluxma qeydə alınıb.
• Dünyada 42,728 nəfər bu xəstəlikdən sağalıb.
• Xəstələnənlərin və ölənlərin ən çox hissəsi hələ də Çinin payına düşür. Fevralın 29-da orada müsbət tendensiya qeydə alınıb – sutka ərzində xeyli az yeni yoluxma halı qeydə alınıb. Amma artıq martın 1-də Ümumdünya Səhiyyə Təşkilatı epidemiya mmənbəyi olan Uhan əyalərində yeni yoluxmaların sayının artmağa başladığı haqda xəbər verib.
• Xəstəliyin yayıldığı ölkələr arasında Çindən sonra Cənubi Koreya, İtaliya və İran liderlik edir.
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir. Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus dünyada və Qafqazda. Hadisələrin xronologiyası
• İranda vəziyyət xüsusilə ağır olaraq qalır. Rəsmən bildirilir ki, burada min nəfərə yaxın insan xəstələnib, 54 nəfər ölüb. Amma beynəlxalq ekkspertlər güman edirlər ki, hakimiyyət əslində daha yüksək olan real statistikanı gizlətmiş ola bilər. İranın Vatikandakı və Misirdəki keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb, bir neçə yüksək vəzifəli məmur xəstəliyə yoluxub və hazırda xəstəxanadadır.
• İtaliya virusun yayılması üzrə Avropanın lider ölkəsi olaraq qalır. Martın yalnız ilk günü ərzində burada 500-dən çox yeni yoluxma halı qeydə alınıb. İtaliyada ümumilikdə 1,700 nəfər xəstədən 43 nəfəri ölüb.
• Azərbaycanda üç təsdiqlənmiş hal qeydə alınıb. Yoluxanlardan biri Rusiya, ikisi isə Azərbaycan vətəndaşıdır. Hər üçün İranda səfərdə olub. Azərbaycan İranla sərhədi bağlayıb.
• Ermənistanda bir təsdiqlənmiş hal qeydə alınıb. Yoluxan şəxs İrandan gəlib. Ermənistan İranla sərhədi bağlayıb.
• Gürcüstaanda üç təsdiqlənmiş hal qeydə alınıb. Bunlar İrandan gələn yaşı 50 civarında olan iki kişi və İtaliyadan qayıdan “Georgia Bank” şöbələrindən birində çalışan 31 yaşlı qadındır. İndi bank karantinə bağlanıb. Gürcüstan İranla sərhədi bağlayıb.
2020-ci il yanvarın 22-dən fevralın 26-a qədər dünyada koronavirusun yayılması. Mavi şkala xəstəliyi, qırmızı şkala ölümü ifadə edir. WorldOmeter-in məlumatı:
• Cənubi Koreyada artıq 3,5 min nəfərdən çox insan yoluxub. Onlardan demək olar ki yarısı dini sekta üzvləridir. Mütəxəssislərin fikrincə, onlar virusun yayılmasına səbəb olublar, çünki vaxtında xəstəliyin başlaması haqda məlumat vermək istəməyiblər. Sekta liderinə qarşı cinayət işləri qaldırılıb. Martın 2-ə olan məlumata əsasən, Cənubi Koreyada bütün dinlərə aid bütün kilsə və məbədlər bağlanıb.
• Böyük Britaniyada martın 1-də, yalnız bir gün ərzində 12 yeni yoluxma halı qeydə alınıb. Onlardan 6 nəfəri İtaliyada, iki nəfəri isə İranda səfərdə olub. Ümumilikdə xəstələrin sayı 36 nəfərdir. Vəziyyəti şərh edən zaman səhiyyə naziri bildirib ki, “koronavirusun yayılması Böyük Britaniyanı bütöv şəhərləei bağlamağa vadar edə bilər”.
• Çexiyada martın 1-də üç yoluxma halı birdən qeydə alınıb, hər üçün İtaliya səfərindən qayıdıb
• İslandiyada ilk yoluxma halı qeydə alınıb. 60 yaşlı bu kişi İtaliyadan qayıdıb.
• İspaniyada 26 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə martın 2-ə qədər burada 84 hal aşkarlanıb.
• ABŞ, Avstraliya və Taylandda koronavirusdan ilk ölüm halları qeydə alınıb.
• ABŞ-da martın 2-ə qədər ümumilikdə 76 nəfər yoluxub. Prezident Tramp bildirib ki, yeni yoluxma halları “mümkündür”.
• Bir neçə Afrika ölkəsində və Braziliyada ilk koronavirus halları qeydə alınıb, xəstələnənlər İtaliyadan gəliblər.
• Koronavirusun yayılması təhlükəsi üzündən Rumıniya Pravoslav Kilsəsi inanclıları kilsələrdə ikonalara toxunmamağa, həmçinin ümumi qablardan istifadə etməməyə çağırıb.
• Monqolustan özünütəcrid vəziyyətindədir. O, bu yaxınlarda Çindən qayıdıb və orada Çin llideri Si Tsinpianla görüşüb. O, koronavirusun yayılmasından sonra Çində olan ilk liderdir.
• Martın 1-də Parisdə Luvrın 300 əməkdaşı koronavirus təhdidi üzündən demək olar ki, yekdilliklə işə çıxmaqdan və muzeyi açmaqdan imtina ediblər. Fransa qanunvericiliyinə əsasən, əməkdaşlar həyatlarına və sağlamllıqlarına “ciddi və qaçılmaz” təhlükə olduğu halda öz vəzifələrini yerinə yetirməkdən imtina etmək haqqı var. Bu zaman işçilərin maaşı olduğu kimi ödənir və sanksiyalara məruz qalmır. Martın 2-ə qədər Fransada 130 yoluxma, iki ölüm halı qeydə alınıb.
• Reuters-in dəyərləndirməsinə görə, dünya iqtisadiyyatı artıq çoxmilyardlıq ziyan çəkir. 2020-ci il fevralın 24-dən martın 1-ə qədər olan bir həftə 2008-ci il maliyyə böhranından sonra fond bazarları üçün ən ağır dövr olub.
• Ümumdünya Səhiyyə Təşkilatı epidemiyaya “çox yüksək risk” statusu verib.