Konsertdə qalmaqal və iki festival
İlk növbədə çoxdan gözlənilən “Formula-1 yarışları cümə, şənbə və bazar günləri keçirilirdi. Dövlət telekanalları əsas diqqəti turistlərlə müsahibəyə yönəltdilər. Axı hər bir belə miqyaslı tədbir Azərbaycan mətbuatında gözlənilən turist axını ilə bağlı eyforiya hissini yaradır.
Bu fotoda yarışmaya nə qədər çox adamın gəldiyi görünür
Bu fotoda isə ancaq bilet sahiblərinin buraxıldığı bulvarda nə qədər çox adamın toplaşdığını görmək olar
Bir çoxları “Formulanın özünü iqnor edərək, konsertə gəldilər, cümə günü Kris Braunun, şənbə Enrike İqlesiasın, bazar günü də Farrel Vilyamsın konserti oldu. İqlesiasın konsertində qalmaqal yaşandı – gənc fanat qız özünü səhnəyə atmağa imkan taparaq, sevimli kumirini o ki var qucaqladı.
Dərhal da sosial şəbəkələrdə “Budur bizim gələcəyimiz? “Bunu kim tərbiyə edib? “Yaxşı, qucaqlayırsan, qucaqla, bəs ayaqlarını qaldırmaq nəyə lazımdır? kimi şərhlər ortaya çıxdı. Həmin dəqiqə də əks təsir dalğası qalxdı: “Qızın İqlesiası qucaqladığına görə əsəbiləşən azərbaycanlılar axşam istədikləri qədər qucaqlaşıb, bütün gecəni sevgi ilə məşğul olsaydılar, bütün bunlar onları o qədər də narahat etməzdi.
Sonra qızın italyan turisti olduğu üzə çıxdı və hamı sakitləşdi.
Daha az əhəmiyyətli tədbirlər şəhər kənarında keçirildi. Steam Events təşkilatı Color Flashmob təşkil etdi. Təşkilatçıların bildirdiyinə görə, festival “hind bayramı Xoliyə həsr olunub – bu, dünyada populyar olan rəng festivalı, induist bahar bayramıdır.
Gənclər bir-birlərinə boya atmaq (boya quru idi) və şənlənmək üçün Bakının Novxanı qəsəbəsində, çimərlikdə yığışdılar. Təşkilatla bağlı yenə də problemlər üzə çıxdı: əvvəlcə xüsusi avtobuslarla təmin edəcəklərinə söz vermişdilər, sonra iştirakçılar ictimai nəqliyyatdan istifadə etməli oldular. Bundan əlavə, iştirakçılar üçün aşağı yaş həddi elan edilməmişdi deyə, yeniyetmələr 8-9 yaşlı uşaqların yanında özlərini bir az narahat hiss edirdilər.
“Komikslər dünyası təşkilatı Zeon Games, Citadelle, LF komics and manga səhifələrinin dəstəyiylə Bakının Şıxov çimərliyində “ANIME & GEEK Cosplay Beach Party keçirdi, burada komiks, kompüter oyunları və anime fanatları toplaşmışdı. İstəyənlər viktorinanın suallarına cavab verərək, öz hobbilərini nə dərəcədə yaxşı bildiklərini öyrənə, həm də Azərbaycan mağazalarında nadir rast gəlinən komikslər ala bilərdilər. Düzü, tədbirə gələnlərin sayı bu problemin tezliklə həll olunacağından xəbər verir.
Dərc edilib 20.06.2016