Erekle Abaşmadzenin 27 yaşı var, uşaq bağçasında iş stajı dörd ildir. Çoxlarında bu, təəccüb oyadır, bir çox kişilər hətta aqressiya da göstərir. Erekle isə öz həyatının sənətini tapdığını dəqiq bilir.
Uşaqlarla artıq çoxdan işləyir, hələ filologiya fakültəsinin tələbəsi olduğu illərdə Qırmızı Xaç Cəmiyyətinin uşaqlara yardım şöbəsində işləməyə başlayıb.