Kiçik büdcəli Wizz Air aviaşirkəti Kutaisidən Londona reyslərə başlayır
Kiçik büdcəli Wizz Air aviaşirkəti Kutaisidən Londona (Luton) birbaşa reyslərə başlayır. Reyslər iyunun 18-dən, həftədə iki dəfə olmaqla gerçəkləşdiriləcək.
Sərnişinlər bileti aviaşirkətin saytından əldə edə bilərlər. Biletin qiyməti 34.99 funt-sterlinq və ya 43.5 dollardır.
“Regiona maraq böyükdür, ona görə də, Kutaisi beynəlxalq aeroportuyla əməkdaşlığımızı uğurlu hesab edirik. Gələcəkdə Gürcüstandan olan sərrişinlərimizin imkanını və maraqlarını nəzərə alacağıq”, deyə Wizz Airin kommunukasiya üzrə meneceri Korina Ratsi bildirib.
Hazırda Wizz Air Kutaisidən Avropanın 9 ölkəsinə müntəzəm reyslər həyata keçirir. Onların yeddi istiqaməti isə keçən ildən başlayıb.
Wizz Air 2012-ci ildən Gürcüstandadır. 2016-cı ildə aviaşirkət 168 min sərnişinə xidmət edib.