Keşikçi pişiklər
Bakının mərkəzindəki “Şanson taxta masalı, daimi müştərisi olan ağsaqallar, axşam davaları, qonşu masalar arasında edilən söhbətləri olan əsl aşxanadır. Buranın müştəriləri özünəməxsus elitadır, amma qlamur klublarındakı elitadan deyil. Burada intellektual və eyni zamanda sadə adamlar: jurnalistlər, nazirlik işçiləri, şahmatçılar, ədəbiyyatçılar, melomanlar, filosoflar və soylu-köklü “əsl bakılılar toplaşır.
Həmişədən belə olub ki, “Şansonun həmişə pişik talismanı olur. Uzun illər boyu talisman əfsanəvi, özünün heyranedici doğub-törəmək qabiliyyəti ilə məşhur olan qara pişik Anfisa olub.
Anfisanın “iş başındanadir arxiv fotosu
Bu da onun saleh əməllərinin nəticəsi
Bu gün “Şansonun pişiyi çox qoca və çox ağdır… Elə beləcə Pişik. Onun ləqəbi yoxdur.
Daimi müştərilərin sözlərinə görə, Pişiyin acı taleyi olub. Əvvəlcə o, Bakıda müqaviləylə işləyən xaricilərin evində yaşayıb. Onu cah-calalda saxlayırdılar, heç nədən korluq çəkmirdi. Müqavilənin vaxtı bitəndən sonra isə sahibləri Pişiyi burada qoyub getdilər. Görünür, intuitiv olaraq vakansiyanın olduğunu hiss edən Pişik “Şansona təşrif buyurub. Onun əsl adını burada bilmirlər, adını dəyişməyi isə bu cür möhtərəm ahıl qocaya qarşı hörmətsizlik saydılar.
Pişik heç vaxt artıq hərəkətlərə yol vermir. O, qapının ağzındakı hündür yerdə sfinks pozasında oturur, ya da hardasa oturacaqların birində ilk baxışdan narahat görünən pozada uzanıb yatır.
İşçilərin danışdığına görə, Pişik “hər adama salan vermir, hər yeməyi yemir və ümumiyyətlə seyrə və qüssəyə dalaraq, öz pişik həyatını ləyaqətlə başa vurur. Onun üzündə sanki bu sözlər yazılıb: “Gör nə günə düşmüşəm. Kaş gözlərim sizi görməyəydi. Və pişik gözlərini qıyır.
P.S. Məlum oldu ki, bəzi müştərilər pişiyi “Koks adlandırır. Görünür, biz onun keçmişi ilə bağlı hər şeyi bilmirik.
MariVanna – Bakının iaşə obyektlərinin son sensasiyasıdır. Bu, Rusiyanın restoranlar şəbəkəsinin yerli bazardakı öz ab-havası ilə seçilən iaşə obyektləri arasında boş yeri tutan filialıdır. Bakının elitası – indi biz məhz qlamur təbəqə, yaradıcılığa yaxın peşələrin kübar nümayəndələri və qapalı tədbirlərin iştirakçılarından bəhs edirik – MariVannanın heyranıdı. Buradakı rahat ab-hava – ofisiant qızların bantlarından tutmuş tualet otağının tavanından asılan krujevalı pərdəyə qədər – düşünülmüş detallardan yaradılıb və onların heç biri “çardaqdan çıxmayıb. Art-direktorun qonorarı pirojna və dolmanın qiymətinə öz təsirini göstərdi, amma xoş bir mühitdə şam yeməyinə görə bədxərclik də eləmək olar.
Bundan başqa, kim Valeronla tanış olmaq istəməz ki? Valeronu restoranın yaradıcı “ev konsepsiyasının bir hissəsi də adlandırmaq olar.
O burada açılışla eyni vaxtda, yeddi ay əvvəl peyda oldu, onda bapbalaca pişik balasıydı. Marivannanın “Facebook səhifəsində Valeronun şəkli yoxdur, amma onu daimi xatırlayırlar. Bunun çox sadə bir izahı var, Valeronun “Facebookda öz şəxsi səhifəsi var.
Valeronun bizi qəbul edib-etməyəcəyini xəbər alanda, bizə dedilər: “O prosedurlardadır. Çox nəzakətli ofisiant üzrxahlıqla əlavə edir: “Onu menecer aparıb.
Amma fotosessiya xatirinə məşhur pişiyi bir neçə dəqiqəlik yanımıza gətirirlər. O, şəklini çəkməyə imkan versə də, onu vacib işlərindən ayırdığımız üçün narazılığını da gizlətmədi.
Buradan bir nəticə ortaya çıxır: pişiklərin insanlardan özlərinin və onların sosial statuslarından asılı olmayaraq, zəhləsi gedir.