Qarabağ münaqişəsi zonasında qadağan olunmuş kasset bombaları – HRW və Amnesty International
Nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatları Amnesty International və Human Rights Watch Qarabağ münaqişəsinin 2020-ci il sentyabrın 27-dən başlayan yeni mərhələsində həm Ermənistan, həm də Azərbaycan hərbçilərinin dinc əhaliyə qarşı qadağan olunmuş kasset bombalarından istifadə etdiyini təsdiqləyib.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. Qarabağda döyüşlərin ikinci ayı
Ermənistan hərbçiləri Azərbaycanda kasset bombalarından istifadə edib
Amnesty International ilk dəfə Ermənistanın oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərini atəşə tutarkən kasset bombalarından istifadə etdiyini təsdiqləyib.
Amnesty International təşkilatının məlumatına əsasən, Bərdəyə bir və ya bir neçə “Smerç” raketi atılıb, xəstəxananın yaxınlığında yerləşən yaşayış rayonu atəş altında qalıb.
Azərbaycanın Baş Prokurorluğundan bildirilib ki, ən azı 21 nəfər həlak olub, 70 nəfərə yaxın yaralanıb.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbayanın Bərdə şəhərini kütləvi raket atəşinə tutub 21 nəfər ölüb, 60-dan çox yaralanıb
Amnesty International ekspertləri “Vice News” müxbirlərinin şəhərdə çəkdiklləri fotoları analiz ediblər. Həmin fotolarda “göründüyü kimi şəhərə Ermənistan qüvvələrinin buraxdığı” Rusiyanın 9М55 “Smerç” raketinin 9Н235 kasset sursatı əks olunub.
“Kasset sursatları ilə mülki ərazilərin atəşə tutulması qəddarlıq və düşüncəsizlikdir və saysız ölümlərə, yaralanmalara və əzaba gətirib çıxarır”, – Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Struzers deyib.
Eyni faktı Human Rights Watch təşkilatının ekspertləri də təsdiqləyib.
“Hər kəsin öz həqiqəti var” – Putin Dağlıq Qarabağda münaqişənin həlli haqda
“Kasset sursatlı “Smerç” raketi və paraşüt yavaşlayıcılı qəlpə-fuqas raketi müəyyən edilib. HRW-a məlum olduğu qədər Ermənistan silahlı qüvvələrində “Smerç” çoxtərəfli raket qurğuları mövcuddur, Dağlıq Qarabağ qüvvələrində isə yox.
Müvafiq olaraq, böyük ehtimalla Ermənistan qüvvələri hücumu həyata keçirib və ya Dağlıq Qarabağ qüvvələrini sursatla təmin edib.
Ermənistan dərhal kasset sursatlarından istifadəni və ya Dağlıq Qarabağ qüvvələrinin təchizatını dayandırmalıdır”, – təşkilatın hesabatında deyilir.
“Bu amansız silah beynəlxalq qanunvericiliklə qadağan edilib və şəhər mərkəzində ondan istifadə insan həyatının və beynəlxalq hüququn dəhşətli dərəcədə heçə sayılmasından xəbər verir”, – Human Rights Watch nümayəndəsi Belkis Ville deyib.
Azərbaycan hərbçiləri Qarabağda kasset bombaları tətbiq edib
Bundan bir neçə gün ölcə 2020-ci il oktyabrın 23-də Human Rights Watch Dağlıq Qarabağın yaşayış rayonlarında Azərbaycan tərəfinin dəfələrlə kasset bombası tətbiq etdiyi haqda bildirmişdi.
Hadisə yerində araşdırma zamanı HRW kasset bombalarının tətbiq edildiyi dörd hadisəni sənədləşdirib.
“Xüsusən də əhalinin sıx olduğu rayonlarda kasset sursatlarının istifadəsinin davam etməsi dinc sakinlərin təhlükəsizliyinin dəhşətli dərəəcədə heçə sayıldığını nümayiş etdirir”, – Human Rights Watch-un silahlar şöbəsinin direktoru və Kasset Sursatları üzrə Koalisiyanın sədri Stiven Quz deyib.
Kasset sursatlar heç bir halda heç kim tərəfindən, xüsusən də şəhərlərdə mülki əhali üçün gözlənilən və qəbuledilməz ziyanına görə tətbiq edilə bilməz.