“O dərhal getməlidir” – Tramp Kapitolinin talan edilməsində günahlandırılır
ABŞ-ın Konqres binası mühafizə altında, yanvarın 6-da qüvvədə olan prezident Trampın on minlərlə tərəfdarlarının seçilmiş prezident Baydenin vəzifədə təsdiqlənməsi prosesinə mane olmaq üçün Konqres zalına hücum edəndən sonra dörd nəfər həlak olub.
Hazırkı ABŞ prezidenti Donald Tramp hadisələrdən bir və ya iki saat əvvəl on minlərlə tərəfdarlarını mitinqə çağırıb.
“Biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik!” – o deyib və tərəfdarlarını Kapitoliyə doğru yürüş etməyə səsləyib.
- Bayden ABŞ-ın yeni prezidenti olur. Niyə Tramp hələ də populyardır?
- “Kəs səsini!” – Tramp və Baydenin ilk teledebatı. Video
Bir neçə nüfuzlu respublikaçı, o cümlədən də keçmiş ABŞ prezidenti Corc Buş və senator Mitt Romni hücumu tənqid edib.
Keçmiş demokrat prezidentlər Obama və Klintom Trampı açıq şəkildə zorakılığı təhrik etməkdə günahlandırıblar.
ABŞ-ın keçmiş müdafiə naziri Ceyms Mettis Trampın ritorikasını qınayıb.
Ağ Evin bir neçə əməkdaşı istefa verib.
Resbublikaçılar Partiyasının (Trampın partiyası) liderlərinin və onun kabitinə daxil olanların məmurların çoxu bildirib ki, Tramp qanuna əsasən 20 yanvarda tərk etməli olduğu vəzifəsindən daha tez getməlidir.
İqtidar partiyasının dörd nümayəndəsi impiçment prosesinə başlamağı təklif edib, digər ikisi bildirib ki, prezident məsuliyyətə cəlb olunmalıdır – CNN xəbər verib.
“Baş verənlər sistem üçün böyük sarsıntıdır”, – CNN-ə kabinet məmurlarından biri bildirib. “Bundan sonra siz onu daha iki həftə necə prezident olaraq saxlaya bilərsiz?”
İmpiçmentin təsdiq edilməsi üçün vitse-prezident Mayk Pens və kabinet üzvlərinin əksəriyyəti “səlahiyyətlərini yerinə yetirə bilmədiyi üçün” Trampın kənarlaşdırılmasına səs verməlidir ki, bu da misilsiz addım olacaq.
Nəticədə, Senat Trampın, ümumiyyətlə, nə zamnsa federal vəzifə tutmaq imkanından məhrum edilməsi yönündə səs verə bilər.
Kapitoli ələ keçiriləndən dörd saat sonra etirazçılardan təmizlənib və Konqresin iclası bərpa olunub. Hazırkı ABŞ prezidenti Mayk Pens iclası aparkən bildirib ki, zorakılıq yox, azadlıq qalib gəlir.
Yanvarın 7-də baş verənlər foto və videoda
Yerli vaxtla 13:00-da Konqresin iclası artıq başladığı zaman Tramp Vaşinqtonda etirazçılar qarşısında çıxışını başa çatdırıb və onları Konqresə doğru yürüş etməyə çağırıb.
Onun tərəfdarları həmin an sosial şəbəkələrdə Kapitoliyə hücuma çağıran minlərlə paylaşım ediblər.
Paylaşımlara yazdıqları şərhlərdə Tramp tərəfdarları polisə yaxalanmamaq üçün hansı küçələrdən yayınmaqları, hətta qapıları sındırmaq üçün hansı alətləri özləri ilə götürmələri ilə bağlı tövsiyələr yer alıb.
Çoxları özləri ilə silah götürdüklərini yazıblar.
İzdiham Kapitoliyə soxulub və talan edib.
Zabitlər perimetr üzrə asanlıqla izdiham tərəfindən itələnərək və üzərlərinə kimyəvi maddələr sıpilərək yarılıb.
Kapitolinin şərq hissəsinə etirazçılar perimetr üzrə daxil olub və pilləkanlarda zabitlərin cərgəsini dağıdıblar.
Minlərlə insan divarlara və inşaat açaclarına dırmaşıb, xidmət meydançasına çıxıblar, foto çəkdiriblər, Kapitolinin içində ofislərin mebellərini və avadanlıqlarını dağıdıblar.
Konqresmenləri, jurnalistləri və Kapitoli əməkdaşlarını evakuasiya ediblər, seçicilərin səsverməsi haqda sənədlərin olduğu sandıqları da oradan aparıblar.
Asayişi bərpa etmək üçün Milli Qvardiya ora yönləndirilib. Vaşinqtonda mer sərəncamı ilə fövqəladə vəziyyət və komendant saatı elan edilib.
Virciniya qubernatoru (Vaşinqtonun bəzi kənar əraziləri bu ştata daxildir) da fövqəladə vəziyyət elan edib.
Kapitoliyə bundan əvvəl yeganə hücum ingilislər tərəfindən 1814-cü ildə baş verib.
“ABŞ Kapitoliyində belə hadisə baş verməyib. Bu tamamən misilsizdir. Bu, 11 sentyabr hücumuna o qədər yaxındır ki, siz təsəvvür edə biləcəyiniz qədər”, – Vaşonqtonda Police Executive Research Forum analitik mərkəzinin icraçı direktoru Çak Veksler deyib.
O, günahın böyük hissəsini döyüşən qrupları legitimləşdirən siyasi liderlərin üzərinə qoyub.
“Əgər prezident tərəfdarlarına desə ki, gedin, mənim sizin eləməyinizi istədiyim budur – bu, minlərlə polisdən daha həlledici amil ola bilər”, – o deyib.
Facebook, Twitter və Instagram Trampın səhifələrini bloklayıb
ABŞ-ın seçilmiş prezidenti Co Bayden zorakılığı kəskin tənqid edib və qüvvədə olan prezidenti öz əməkdaşlarını geri çağırmağa çağırır.
Tramp gecikmə ilə insanları dağılışmağa çağırdığı video paylaşıb – amma yenə də təkrarlayıb ki, seçkilər “oğurlanıb” (hər hansı sübut olmasa da), talançıları isə “xüsusi insanlar” adlandırıb və deyib ki, “Biz sizi sevirik!”
Daha sonra o, qələbəsinin oğurlandığı məzmunda daha bir tvit paylaşıb – yenə də heç bir dəlil-sübut təqdim etmədən.
Twitter əvvəlcə bu paylaşımları həqiqətə uyğun olmayan kimi qeyd edib, sonra isə silib, daha sonra isə Trampın akkauntuna girişini 12 saatlıq bloklayıb.
Facebook da prezidentin müraciətini silib və akkauntunu bir sutkalıq blok edib.
Instagram bir sutkalıq bloklamaya qoşulub.