Şimalli Kaliforniyada 17 nəfər meşə yanğınları nəticəsində həlak olub. Yüzlərlə yanğın söndürən hələ də minlərlə insanın həyatını təhdid edən alovla mübarizə aparır.
Yanğın ocaqlarının çoxu bazar günü güclü külək və quru hava nəticəsində meydana gəlib. Hava proqnozunun yağıntıdan xəbər vermədiyini və çərşənbə günü 70 kilometr saat gücündə küləyin gözləndiyini nəzərə alsaq, yanğın söndürənlərin işi daha da çətinləşəcək, – CNN xəbər verir.
Çərşənbə axşamı gecə saatlarına olan məlumata əsasən 20 min adam evakuasiya tapşırığı alıb. Hakimiyyət əhalinin qalan hissəsinə təcili evakuasiya halı üçün ən vacib şeyləri, o cümlədən sənədləri və dərmanları toplamağı tövsiyə edib.
Prezident Tramp öz fərmanı ilə Şimali Kaliforniyanı böyük təbii fəlakət zonası elan edib və ştata maliyyə dəstəyi ayırıb.