Mançesterdə baş verən partlayış nəticəsində 22 ölü, 59 yaralı
Paylaşmaq
Paylaşmaq
Mançesterdə, mayın 22-də gecə baş verən partlayış nəticəsində 19 ölü, 50 yaralı var. Zərər çəkənlər əsasən, gənclər arasında populyar olan amerikalı ifaçı Ariana Qranderin konsertinə gələn gənc adamlardır.
Tədbir şəhərin ən iri konsert meydanı olan, 24 minə qədərə tamaşaçı tutan “Mançester-arena”da keçirdi. Güman edilir ki, metal məhvedici elementlərlə təchiz olunan partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Bu, konsertdən sonra foyedə baş verib.
Mançersterdə baş verən terror aktı son 12 il ərzində Böyük Britaniya tarixində ən iri terror aktıdır. 2005-ci ildə London metrosunda törədilən partlayış nəticəsində 50 nəfər həlak oldu.
Böyük Britaniyanın baş naziri Tereza Meyin bəyanatında hücum “dəhşətli” adlandırılıb. Baş nazir seçki kampaniyasını dayandıraraq, “Kobra” əks-terror komitəsinin iclasına başladığını elan etdi.
Hələ ki heç kim Mançesterdəki hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.