Sürücülük vəsiqəsinin yüz ballıq sistemi artıq təsdiqlənib. Gürcüstan Parlamenti müvafiq qanun dəyişikliyinin üçüncü oxunuşda qəbul edib. Bu o deməkdir ki, iyulun 1-dən Gürcüstanın avtosevərləri yeni qaydalara öyrəşməli olacaqlar.
İyulun 1-dən hər bir avtosevər 100 bal alacaq. Hər dəfə yol hərəkət qaydaları pozulanda müəyyən bal silinəcək. Ballar qalmayanda sürücü yenidən sürücülük vəsiqəsi almalı olacaq.
Konkret pozuntulara görə nə qədər bal silinir:
Avtomobili sərxoş vəziyyətdə sürmək – 30 bal (il ərzində təkrar pozuntu – 40 bal)
Bilərəkdən avtomobili narkotik vasitənin təsiri altında olan şəxsə verilməsi – 40 bal
Qabaq oturacaqda oturan sərnişinin təhlükəsizlik kəmərini bağlamaması – 5 bal
Mobil telefonla danışmaq – 15 bal
Moped/motosikleti şlemsiz idarə etmək – 5 bal
Nasaz tormoz sistemi/sükan sistemi/fara ilə idarəetmə – 5 bal
Avtomobili ətraf mühitin çirkləndirilməsinə dair müəyyən edilmiş normanı aşaraq idarə etmək – 10 bal
Özbaşına yenidən qayırılmış avtomobili sürmək – 10 bal
Sürücülük vəsiqəsində göstərilən kateqoriyadan fərqli avtomobilin idarə edilməsi – 15 bal
Şüşələri qaraldılmış avtobobilin idarə olunması – 5 bal (eyni ildə təkrar pozuntu -10 bal, üçüncü dəfə – 15 bal)
İnsanın yüngül xəsarət alması, avtomobilə, infrastruktura yüngül ziyan vurulması ilə nəticələnən yol qaydasının pozulması – 20 bal