Bütün dünya Kataloniyada baş verən hadisələrin gedişatını izlədiyi bir vaxtda İtaliyanın ən iri iki regionu mütləq xarakter daşımayan referendumda Romadan asılılığın əleyhinə, böyük müstəqilliyin lehinə səs verib, CNN xəbər verir.
Region hakimiyyətlərinin bildirdiyinə görə, ölkənin ümummilli məhsulunun 30 faizini təmin edən Beneto və Lombardiyada referendumda iştirak edənlərin 95 faizi muxtariyyətin genişləndirilməsinin lehinə səs verib.
Benetoda seçicilərin iştirakı 57 faiz, Lombardiyda isə 39 faiz olub.
Hər iki referendum hər iki regionun qubernatoru tərəfindən elan olunub. Onlar sağ “Şimal Liqası” partiyasını təmsil edirlər. Bu partiya əvvəl İtaliyadan ayrılmağın tərəfdarı kimi çıxış edirdi, indi isə büdcə, səhiyyə, təhsil sahəsində və miqrasiya məsələlərində bu regionların səlahiyyətlərinin artırılmasında israr edir.
İtaliyanın şimal hissəsinin əsas şəhəri olan Milan və Benetonun paytaxtı Venesiya Lombardiyanın tərkibinə daxildir.